Daşaltı çayının
qəm nəğməsi
Onda hələ
Daşaltı çayı qana boyanmamışdı. Göz
yaşı kimi dumduru axan çay xoş günlərinin nəğməsini
oxuyar, qonaqlı-qaralı günlərini yaşardı. Onda hələ
Şuşa hər bir azərbaycanlının istirahət məkanı
idi. Bu şəkil isə Daşaltı çayından bir
xatirədir. Yayın qorabişirən çağında
bulaqlardan süzülüb gələn, diş göynədən
sudan insanlar bir sərinlik tapardılar. Yəqin ki, bir vaxtlar
bura gələn insanlara desəydilər ki, gün gələcək
Daşaltının suları bulanacaq, qırmızı rəngə
boyanacaq, ona qətiyyən inanmazdılar. Amma zaman onu
inanmağa məcbur etdi.
1991-ci ilin 26 yanvar
günü xalqımız ağır, faciəvi bir tarix
yaşadı. Buna biabırçı Daşaltı əməliyyatı
da deyirlər. Azərbaycanın ən sayseçmə
oğulları iştirak edirdi o əməliyyatda. Ona görə
biabırçı əməliyyat adlanır ki, xəyanətkar
rəhbərlər igidlərimizi düşmənin tələsinə
saldılar. Neçə-neçə könüllü əsgərimiz
yağı düşmənin gülləsinə tuş gəldi.
Analar var ki, hələ də Daşaltı
döyüşündə itkin düşən oğlunun
yolunu gözləyir.
17 ildir Daşaltı
çayı uğrunda can verən şəhidlərimizə
qəmli bir bayatı oxuyur.
Zəkurə Quliyeva
Azərbaycan.-2009.-3 fevral.-S.8.