Gənclər günü münasibətilə qılıncoynatma
yarışı keçirilib
Azərbaycan
Qılıncoynatma Federasiyası və Binəqədi rayon
Uşaq Gənclər İdman Məktəbinin keçirdiyi
idman yarışı Respublika Gənclər Gününə
həsr olunub.
Gənc qılıncoynadanlar güclərini 276 ¹li məktəbin idman zalında sınayıblar. Yarışda Binəqədi rayonu Uşaq Gənclər İdman Məktəbinin və şəhər uşaq gənclər idman məktəbinin gənc idmançıları iştirak edib. İki yaş qrupu üzrə qaliblər müəyyənləşib. 12 yaş və aşağı yaşlılar arasında Binəqədi qılıncoynadanları Sara Əhmədova və Ayxan Misirxanov öz kateqoriyalarında ən güclü olduqlarını sübut ediblər. 15 yaş və aşağı yaşlılar arasında isə şəhər uşaq gənclər idman məktəbinin yetirməsi Fərid Məmmədov birinci yeri tutub.
Azərbaycan.-2009.-3 fevral.-S.8.