"Xüsusi
iqtisadi zonalar haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq
Bu qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı münasibətləri tənzimləmək
və həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili
qaydalarını müəyyənləşdirməkdir. Sənəd barədə
ətraflı məlumat
verən Ziyad Səmədzadə qeyd etdi ki, qanun
layihəsi birinci oxunuşda müzakirə edildikdən sonra əsaslı surətdə
təkmilləşdirilib. Belə ki, layihəyə 60-dan çox düzəliş
edilib.
Komissiya sədrinin müavini Çingiz Əsədullayev,
deputatlardan Əli Məsimli, Rüfət Quliyev çıxış
edərək xüsusi
iqtisadi zonaların səmərəliliyi barədə
danışdılar.
İclasda iştirak edən İqtisadi İnkişaf Nazirliyinin, Vergilər Nazirliyinin və Gömrük Komitəsinin
nümayəndələri məsələ
ilə bağlı fikirlərini bildirdilər.
Qanun layihəsi ikinci oxunuşda müzakirə edilmək üçün
Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Azərbaycan.-2009.-4 fevral.-S.2