Azərbaycan ilə
ABŞ arasında ikitərəfli
əməkdaşlıq planı
uğurla icra olunur
Azərbaycan Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, ölkəmizlə
ABŞ arasında imzalanmış
ikitərəfli əməkdaşlıq
planına uyğun olaraq fevralın 16-dan 27-dək
Bakıda "Rabitə
operatorları" təlim
kursu, fevralın 9-dan
13-dək "Briqada komandanlığı
və döyüş
qərargahının əməliyyat
təlimləri" mövzusunda
seminar, fevralın 16-dan 20-dək Strateji Müdafiə İcmalı (SMİ) üzrə
işçi qrupunun növbəti iclası, fevralın 4-dən sentyabrın
23-dək San-Antonio şəhərində
Maddi-texniki təminat zabiti kursu, fevralın
11-dən iyulun 29-dək Rabitə
zabitinin təməl kursu, 2009-cu il fevralın 11-dən 2010-cu il
iyunun 18-dək Hərbi
Dəniz Qüvvələri
Komanda və Qərargah Akademiyasında
təlimlər, fevralın
2-dən 5-dək Münhen şəhərində
(Almaniya) "Təhlükəsizlik
məsələləri və
onların həlli"
mövzusunda simpozium, fevralın 16-dan 20-dək Ştutqart
şəhərində (Almaniya)
Azərbaycan-ABŞ ikitərəfli
əməkdaşlığına dair işgüzar görüş, fevralın
3-dən 5-dək Manama şəhərində
(Bəhreyn Krallığı)
"Dəniz infrastrukturunun
mühafizəsi" mövzusunda
simpozium keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan hərbiçiləri
də iştirak edəcəklər.
AzərTAc
Azərbaycan.-2009.-4 fevral.-S.2.