Bakıda Azərbaycan və Belarus işgüzar dairələrinin
biznes-forumu işə
başlamışdır
Azərbaycan və
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə tədbirin ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
daha da genişlənməsinə,
xalqlarımızın dostluq
əlaqələrinin inkişafına
yeni təkan verəcəyinə əmin
olduğunu bildirmişdir.
Belarus Respublikası Ticarət və Sənaye Palatası sədrinin birinci müavini Nikolay Saxar təmsil
etdiyi ölkənin işgüzar dairələri
nümayəndələrinin Bakıya səfərinin məqsədi barədə
məlumat vermişdir. Bildirmişdir ki, bu gün
iqtisadi inkişaf sürətinə görə
nəinki regionun, hətta dünyanın lider dövlətlərindən
biri olan Azərbaycanın istehsal müəssisələri və
biznes dairələri ilə əlaqələri
genişləndirmək
Belarusun Bakıdakı səfiri Nikolay Pastkeviç ölkəsinin nəhəng
istehsal müəssisələri
və biznes strukturlarının rəhbər
vəzifəli nümayəndələrinin
yeni ildə ilk işgüzar səfərini
Azərbaycana reallaşdırmalarının
təsadüfi hadisə
olmadığını diqqətə
çatdırmışdır. Səfir demişdir
ki, əsasını Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən
müasir şəraitə
uyğun uğurla davam etdirilən strateji xətt ölkə iqtisadiyyatını
sürətli inkişaf
yoluna çıxarmışdır.
Bu inkişaf, Azərbaycan bazarının
bütün dünyanın
üzünə açıq
olması Belarusun işgüzar dairələrinin
diqqətini cəlb etməyə bilməzdi.
Ölkələrimiz arasında
əməkdaşlığın getdikcə möhkəmləndiyini
bildirən diplomat, münasibətlərin
dərinləşməsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun qarşılıqlı səfərlərinin
mühüm əhəmiyyətini
vurğulamış, forumun
əlaqələrin inkişafına
təkan verəcəyinə
əmin olduğunu bildirmişdir.
Sonra Azərbaycan və
Günün ikinci yarısında belaruslu qonaqlar Azərbaycan paytaxtının
görməli yerlərinə
baxmışlar.
Fevralın 4-də biznes-forum öz işini davam etdirəcəkdir. Həmin gün Belarusun
işgüzar dairələrinin
təmsilçiləri Bakının
istehsal müəssisələrində
olacaq, daha sonra isə tərəflər arasında
fərdi proqram çərçivəsindəgörüşlər
davam etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-4 fevral.-S.5.