Ceyhanın beynəlxalq enerji mərkəzinə çevrilməsi istiqamətində
səyləri davam etdirilir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında bildirmişdir ki, onun ölkəsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin fəal iştirakçısı olmuş və yeni enerji layihələri üzərində səyləri davam etdirərək Ceyhan terminalının beynəlxalq enerji mərkəzinə çevrilməsinə nail olacaqdır. İndiyədək BTC kəməri ilə dünya bazarlarına 70 milyon ton xam neft ixrac edilmişdir.
Rəcəb Tayyib Ərdoğan BOTAŞ şirkətinin bu və digər layihələrə ciddi sərmayə qoyduğunu, Türkiyə-Yunanıstan boru kəmərini də başa çatdıraraq, enerji ixracatçısına çevrildiyini vurğulamışdır.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.- 4 fevral.-S.5.