Dillər əzbəri "Cücələrim"

 

Bu məşhur mahnı birinci dəfə Gəncə şəhərində səslənib. O vaxt uşaq xorunda oxuyan Arif Qazıyev (hazırda Muğam Teatrının direktoru, əməkdar incəsənət xadimi) bu mahnının ilk ifaçısı olub. 1949-cu ildən həyata vəsiqə alan "Cücələrim" on ildən sonra Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində yenidən səslənib. Aktrisa rəssam Suğra Bağırova öz ifası ilə "Cücələrim"ə yeni bir şöhrət gətirib. Həm Azərbaycan, həm rus dilində oxunan mahnı dinləyicilərin ürəyini fəth edib. Maraqlıdır ki, bu mahnıya nəinki uşaqlar, hətta böyüklər maraq göstərib məmnuniyyətlə qulaq kəsilirlər.

Bu faktları mütəxəssislər etiraf edirlər ki, Azərbaycanda uşaqdan-böyüyə hamı iki mətni əzbər bilir. Bunlardan biri Səməd Vurğunun "Azərbaycan" şeiridir, digəri məhz "Cücələrim" mahnısıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il Uşaq ili elan edilib. Bu ili özünəməxsus təntənə ilə qeyd etmək, tədbirlər keçirmək üçün hər bir aidiyyəti orqan proqramlar tərtib edir, uşaqlarla bağlı gecələr təşkil olunur. Muğam Teatrı rəhbərliyinin Uşaq ili çərçivəsində həyata keçirdiyi ilk tədbir məhz "Cücələrim" uşaq mahnısının 60 illik yubileyi ilə bağlı oldu. Bu mərasimin həqiqətən özünəməxsus qeyri-adi bir təsir gücü var idi. Yaşından asılı olmayaraq hamının çöhrəsində uşaq təbəssümü duyulurdu.

Gecənin yaddaqalan cəhətlərindən biri bu oldu ki, "Cücələrim"in ilk ifaçıları məclisə qatılmışdılar. Onlar yeni ifaçılarla birlikdə mahnını şövq həvəslə ifa edirdilər.

Mərasimi giriş sözü ilə açan Muğam Teatrının direktoru Arif Qazıyev 60 il öncə Gəncədə səslənən "Cücələrim"in tale yolundan söz açdı. Uşaqlar üçün gözəl mahnılar yazan bəstəkar Oqtay Zülfüqarov, xalq şairi Nəriman Həsənzadə, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, publisist Flora Xəlilzadə başqaları çıxış edərək "Cücələrim"in dünyanı dolaşan şöhrətindən danışdılar. Tofiq Mütəllibovun ailəsi adından çıxış edən övladı Çinarə Vüqar tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Gecədə iştirak edən incəsənət ustaları klassik uşaq mahnılarını ifa etdilər. Məclisin sonunda həm yaşlı müğənnilər, həm Uşaq Gənclər Yaradıcılıq Sarayının "Cücələrim" ansamblı bu məşhur mahnını birlikdə ifa edərək tədbirə maraqlı yekun vurdular.

 

 

Bəhruz Niftəliyev,

Dövlət Mədəniyyət

İncəsənət Universitetinin tələbəsi

 

Azərbaycan.-2009.- 4 fevral.-S.8.