İranın ilk süni peyki kosmosda

 

İran "Ümid" adlı ilk süni peykini kosmosa göndərdiyini elan etmişdir. Peykin Yerətrafı orbitə çıxarılması barədə məlumatı İran televiziyası dünən səhər yaymışdır.

Məlumata görə, peyki orbitə İranda hazırlanmış "Səfir" daşıyıcı raketi çıxarmış, start isə İran İslam İnqilabının 30-cu ildönümü münasibətilə həyata keçirilmişdir. İran televiziyasının verdiyi xəbərə görə, peykin kosmosa çıxarılması barədə əmri şəxsən Prezident Mahmud Əhmədinejad vermişdir.

"Ümid" İran mütəxəssislərinin hazırladığı İran daşıyıcı raketinin orbitə çıxardığı ilk süni peykdir. İranın ilk süni peyki formal olaraq Rusiyada hazırlanmış 2005-ci ildə "Kosmos-3M" daşıyıcı raketinin Plesetsk kosmodromundan orbitə çıxardığı "Sinah-1" hesab edilir.

Ötən il avqustun 18- informasiya agentlikləri "Səfir" daşıyıcı raketi vasitəsilə "Ümid"in orbitə çıxarıldığını xəbər vermişdi. Lakin bu xəbər meydana çıxdıqdan bir neçə saat sora İran Müdafiə Nazirliyi elan etmişdi ki, kosmosa süni peykin özü yox, maketi çıxarılmışdır. Öz növbəsində ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bildirmişdilər ki, İranın peyk maketini orbitə çıxarmaq cəhdi uğursuzluqla nəticələnmişdir.

 

 

Azərbaycan.-2009.- 4 fevral.-S.8.