Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

 

Görüşdə ölkələrimiz arasında uğurla inkişaf edən münasibətlərin daha da intensivləşdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanmışdır. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusən qeyri-neft sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçirilmiş, hökumətlərarası iqtisadi komissiyanın işinin daha da sürətləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Bundan əlavə, Azərbaycan ilə Polşa arasında mədəniyyət təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün gənc mədəniyyət xadimlərinin, diplomatların təcrübə mübadiləsinin davam etdirilməsi, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlığın həyata keçirilməsinin məqsədə müvafiqliyi vurğulanmışdır.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsində Polşanın xüsusi rolu olduğunu qeyd edən nazir E.Məmmədyarov bu proqram çərçivəsində əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağına inandığını bildirmişdir.

E.Məmmədyarov, həmçinin Azərbaycanın qarşılıqlı investisiyaların artırılmasında, adamları üçün əlverişli biznes mühitinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini bu səbəbdən bu ölkənin bir sıra irimiqyaslı regional layihələrdən kənarda qaldığını qeyd edən nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır.

Görüşdə beynəlxalq əhəmiyyətli, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 fevral.-S.1.