Polşanın xarici işlər nazirinin müavini Milli Məclisdə olmuşdur
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər
ki, dövlətlərimiz
və parlamentlərimiz
arasında münasibətlərin
inkişafında belə
səfərlərin xüsusi
əhəmiyyəti olduğunu
bildirən Valeh Ələsgərov əməkdaşlığımızın
daha da genişləndirilməsinin
vacibliyini vurğulamışdır. V.Ələsgərov
Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri,
ölkəmizdə həyata
keçirilən iqtisadi
islahatlar, neft strategiyası, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövcud
vəziyyət və digər məsələlər
barədə qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycan ilə Polşa
arasında münasibətlərin
inkişafı üçün
böyük potensialın
mövcud olduğu və bu sahəyə
parlamentlərin mühüm
töhfələr verə
biləcəyi diqqətə
çatdırılmışdır.
Anjey Kremer ölkəmizin onda xoş təəssürat
yaratdığını və
burada gedən inkişafdan məmnun qaldığını bildirmişdir. Qonaq Ermənistan- Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsində Polşanın
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini diqqətə
çatdırmışdır.
Sonra görüşdə Avropa
enerji təhlükəsizliyi
prosesində Azərbaycanın
rolu, ölkəmizin təşəbbüskarı və
iştirakçısı olduğu
qlobal miqyaslı neft və qaz
layihələri, əlaqələrimizin
inkişaf perspektivləri
barədə geniş
söhbət açılmış,
qarşılıqlı maraq
doğuran məsələlər
barəsində fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2009.-5 fevral.-S.2.