Boris KLİMÇUK: "Əgər Azərbaycan Nabukko layihəsində iştirak edərsə, biz strateji tərəfdaş
kimi onu dəstəkləyəcəyik"
Fevralın 4-də Ukraynanın Azərbaycandakı
səfiri Boris Klimçuk
Azərbaycan Xarici İşlər Nazirliyində
bir sıra görüşlər keçirmişdir.
Diplomat bildirmişdir
ki, həmin görüşlərdə cari
il üçün
işlərin reqlamenti
müzakirə edilmiş,
bir sıra tədbirlər nəzərdə
tutulmuşdur.
Səfir bildirmişdir
ki, bu il iqtisadi məsələlər Azərbaycan
və Ukraynanın ikitərəfli münasibətlərində
əsas prioritetlərdən
biri olacaqdır. Mənafelərimizin uyğunlaşdırılması,
beynəlxalq təşkilatlarda
hər iki ölkənin müştərək
maraqlarının müdafiə
edilməsi məsələləri
də az
əhəmiyyət kəsb
etmir.
Nabukko layihəsinə
Ukraynanın münasibəti
barədə suala səfir belə cavab vermişdir: "Ukrayna Nabukko layihəsini hələ keçən il dəstəkləmişdir. Biz bu gün də
həmin layihəni dəstəkləyirik. Axı qaz
kəmərlərinin sayının
çox olması qazın real qiymətini müəyyən etməyə
imkan verir. Bu baxımdan, həmin
layihə bizim üçün maraqlıdır.
Ona görə ki, istər Nabukko olsun, istər "Şimal axını", Ukrayna hər iki halda
Rusiya qazının Avropaya nəql edildiyi ən iri ərazi olaraq qalır. Nabukko da bizim üçün
maraqlıdır, çünki
biz həmin layihə üçün müxtəlif
diametrli boruların bütün növlərini
təklif edirik. Ukrayna boru istehsalçısı
kimi bütün dünyada tanınmışdır.
Bu borular Azərbaycanda
indi də satılır və ola bilsin
ki, Nabukko layihəsi üçün
də satılacaqdır.
Ən başlıcası, əgər
Azərbaycan Nabukko layihəsində iştirak
edərsə, biz strateji
tərəfdaş kimi
onu dəstəkləyəcəyik.
Axı əslində strateji tərəfdaşlıq elə
bir-birini dəstəkləmək
deməkdir".
AzərTAc
Azərbaycan.-2009.-5 fevral.-S.2.