"Yeni Azərbaycan" təşviqat qrupu Zaqatalada zona müşavirəsi keçirmişdir

 

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun xətti ilə fevralın 4-də Zaqatala şəhərinin "Qala düzü" istirahət mərkəzində zona seminarı keçirilmişdir. Seminarda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, deputatlar Fəttah Heydərov, Hikmət Atayev, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov, habelə təşviqat qrupunun Zaqatala, Balakən Qax rayonları üzrə nümayəndələri iştirak etmişlər.

Seminarı giriş sözü ilə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açmışdır.

Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı çıxış edərək, təşviqat qrupunun 43 min nəfərdən çox üzvü olduğunu bildirmiş, Konstitusiyaya ediləcək əlavə dəyişikliklərlə bağlı geniş izahat şərhlər vermişdir.

Seminarda "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış etmişdir.

Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 fevral.-S.2.