"İdrak" xüsusi istedadlı uşaqlar yetişdirir

 

Sumqayıt Azərbaycanın xəritəsinə 60 il öncə sənaye şəhəri kimi düşmüşdür. Həmin tarixdən ötən onilliklər ərzində bu şəhər həyat əhəmiyyətli istiqamətlərdə dinamik inkişaf yolu keçərək müasir tələblərə cavab verən bir mərkəzə çevrilmişdir. Bu inkişaf respublikamız müstəqillik qazandığı dönəmdən, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra daha ardıcıl məqsədyönlü məcraya düşmüşdür.

60 yaşlı Sumqayıt sənaye şəhəri olmaqla yanaşı, müstəqil respublikamızın hərtərəfli inkişaf etmiş mədəniyyət mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən ali təhsil ocaqları, orta ixtisas müəssisələri, geniş səhiyyə şəbəkəsi, elmi-tədqiqat institutları Sumqayıtı təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da müasir, sivil məkan kimi məşhurlaşdırmışdır.

Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illər ərzində dəfələrlə Sumqayıtda olmuş, gənclik şəhərinin əmək adamlarının, o cümlədən təhsil şəbəkəsində çalışanların fədakarlığına yüksək qiymət vermişdir. Ümummilli lider demişdir: "Sumqayıt yüksək səviyyəli məktəblər müəllimlər şəhəridir". Bu məktəblərdən biri 15 yaşlı Sumqayıt Pedaqoji Seminariyası onun bazasında bir il öncə yaradılmış "İdrak" məktəb-liseyidir.

Pedaqoji seminariya kimi fəaliyyətə başlayan sözügedən təhsil ocağı gənclərin təlim-tərbiyəsinin formalaşmasında uğurlu işlər görmüş bir qədər sonra Sumqayıt özəl orta ixtisas kolleci statusu almışdır. Bu təhsil ocağının seminariya kimi fəaliyyəti dövründə kollec statusu aldıqdan sonra ümumilikdə 8 ixtisas üzrə 3 min nəfərdən çox mütəxəssis hazırlamışdır.

Kollecin pedaqoji kollektivi daim təlim-tərbiyə metodlarının təkmilləşdirilməsi üçün çalışır uşaqların biliklərə yiyələnmə qabiliyyətlərinə fərdi yanaşaraq yüksək ixtisaslı mütəxəssislər hazırlamağa nail olur. Əlbəttə, burada çalışan hər kəs dərk edir ki, yeni məktəblər yeniləşən Azərbaycan deməkdir. Dövlətimizin başçısı uğurlarımızdan danışarkən demişdir: "Ölkəmiz çox sürətlə inkişaf edir bu inkişafda hər bir vətəndaşın payı vardır. Xüsusilə müəllimlərin, gənc nəslin. Belə olan halda, ölkəmizin gələcəyi çox parlaq uğurlu olacaqdır".

Kollec-məktəb yarandığı gündən respublikamızın elm təhsil ictimaiyyətinin diqqətini çəkmişdir. Professor Zahid Qaralov, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, pedaqoji elmlər doktoru, əməkdar müəllim Əjdər Ağayev başqaları milli təhsilimizə layiqli töhfələr verən kollec-məktəbin pedaqoji kollektivinin fəaliyyətinə yüksək qiymət vermişlər. Təhsil Nazirliyində bu təhsil ocağının maddi-texniki bazasının, müəllim kollektivinin bilik səviyyəsinin müasir təhsilin tələblərinə cavab verə bilən kabinet laboratoriyaların heç özəl ali məktəblərdən geri qalmadığı xüsusi diqqətdədir.

Kolleclə tanışlıq deməyə əsas verir ki, seçdiyi sənətə vurğunluq insana gec-tez uğur gətirir. Sumqayıt özəl orta ixtisas kollecinin təsisçisi direktoru Mövsüm Alışov belə insanlardandır. O, 1993-cü ildən bütün mənəvi, intellektual imkanlarını səfərbər edərək sözün həqiqi mənasında seçilən təhsil ocağı yaratmağa nail olmuşdur. Mövsüm müəllim "uşaqlar millətin gələcəyidir" hikmətini dərindən dərk edərək hər şeydən öncə, ərsəyə gətirdiyi təhsil ocağının etibarlı maddi-texniki bazasının, peşəkar pedaqoji kollektivin yaradılmasına qərar verdi. Əlbəttə, bunun üçün kollecin yerləşdiyi binanı müasir görkəmə salmaq lazım idi. Mövsüm müəllim istədiyinə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. Bina istər xarici, istərsə daxili görkəminə görə tanınmaz şəklə düşdü. İndi burada təhsil üçün yaradılan şəraitə ən qabaqcıl ali institutda çalışan kollektivlər həsəd apara bilərlər.

Yeri gəlmişkən, kollektiv bir il öncə daha bir uğura imza atmışdır. On beş yaşlı təhsil ocağının nəzdində yaradılan "İdrak" məktəb-lisey Mövsüm müəllimin pedaqoji fəaliyyətinin ən şərəfli səhifələrindəndir. Uşaq bağçasından başlanan "İdrak"da təhsil üçün hər cür şərait vardır.

"İdrak"ın bağçasında uşaqlara ingilis dili öyrədilməklə yanaşı, yaradıcılıq qabiliyyəti intellektini inkişaf etdirən məşğələlər keçirilir. Bu o deməkdir ki, elə bağçadan "İdrak"ın birinci sinfinə adlayacaq uşaqlar biliklərə yiyələnməkdə çətinlik çəkməyəcəklər.

Hazırda müstəqil fəaliyyət göstərən "İdrak" məktəbinin ibtidai siniflərində təhsil alan şagirdlər hər cür qayğı ilə əhatə olunublar. Onlar məktəbdə gündə üç dəfə isti xörəklə qidalanırlar, günortalar xüsusi yataq otaqlarında bir saat dincəlirlər. Məktəbə "İdrak"ın avtobusunda gəlir evlərinə qayıdırlar. Geniş oxu zalı, zəngin kitabxanası, lazımi avadanlıqla təchiz olunmuş idman zalı peşəkar idman müəllimləri gün ərzində şagirdlərə xidmət göstərirlər.

Burada bütün təlimlər müasir tələblərə cavab verir fənlər üzrə dərslər kompüterlərin köməyi ilə aparılır. Önəmlidir ki, kompüterlə ilk tanışlıq ingilis dilinin öyrənilməsi "İdrak"ın bağçasından başlanır. Söz yox ki, deyilənlərin mükəmməl, keyfiyyətli yerinə yetirilməsi üçün savadlı, zəngin intellektə malik pedaqoji kollektiv olmalıdır inamla demək olar ki, "İdrak"da peşəsinə hörmətlə yanaşan mütəxəssislər var.

1954-cü ildə Qubadlıda anadan olan Mövsüm Alışov 1976- ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirdikdən sonra bir müddət Qubadlı Sumqayıtın orta məktəblərində müəllimlik etmiş eyni zamanda elmlə məşğul olmuşdur. 2001-ci ildə "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşan alim çalışdığı elm sahəsinə aid 5 kitabın bir çox elmi məqalənin müəllifidir.

"İdrak"ın direktoru əməkdaşlardan söz düşəndə riyaziyyat müəllimi Rövşən Pirquliyevin, kimyaçı Rəna Əmirovanın, bioloq Nuridə Həsənquliyevanın, ingilis dili müəllimi Albina Soltanovanın, Azərbaycan dili ədəbiyyatından dərs deyən Ədalət Əsədovun başqalarının adlarını dilə gətirir. Onların hər birinin kollecin, eyni zamanda "İdrak" məktəb-liseyin uğurlarında önəmli payları olduğunu qeyd edir.

Sonda bir vacib məsələni qeyd etmək yerinə düşərdi. Belə ki, sözügedən məktəbdə təhsil alan şagirdlər arasında xüsusi istedada malik şagirdlərin ödəniş haqlarında xeyli güzəşt edilir, əlaçılara isə təqaüd verilir.

 

 

Ələsgər Cabbarov

 

Azərbaycan.-2009.-5 fevral.-S.8.