Azərbaycan MDB ölkələri arasında yenə birincidir

 

Növbəti yerləri 10 faizlik artımla Belarus, 8 faizlə Tacikistan, 7,6 faizlə Qırğızıstan, 6,8 faizlə Ermənistan, 5,6 faizlə Rusiya tuturlar.

Ən aşağı inkişaf göstəricisi isə (2,1 faiz) Ukraynada qeydə alınmışdır. Ümumilikdə MDB məkanı üzrə iqtisadi artım tempi 5 faiz olmuşdur. Bu, 2007-ci illə müqayisədə 3,5 faiz aşağıdır. Mütəxəssislər bunun səbəbini qlobal maliyyə böhranının təsiri ilə izah edirlər. Hesablamalara görə, böhranın təsirini ən az hiss edən ölkə Azərbaycan olmuşdur. Bunu iqtisadiyyata yatırılan sərmayələrin həcmi sübut edir. Belə ki, 2008-ci ildə ölkəyə yatırılan investisiyanın həcmi 34 faiz artmışdır. Ötən il keçmiş ittifaq məkanında belə göstərici qeydə alınmamışdır.

MDB Statistika Komitəsinin proqnozlarına görə, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 15 faiz artım müşahidə olunacaqdır. Bu, ən yüksək göstərici hesab olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 fevral.-S.1.