Bakıda Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə şəbəkəsi təsis edilmişdir

 

Bakıda Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Cənubi Qafqaz üzrə şəbəkəsi təsis edilmişdir. Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsi aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşməsinə, dövlətin bu sahədəki fəaliyyətinə dəstək verəcəkdir.

Bu fikir məsələ ilə əlaqədar fevralın 5-də Milli Məclisdə keçirilmiş mətbuat konfransında səslənmişdir.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirmişdir ki, şəbəkənin təsis yığıncağında Gürcüstan parlamentinin deputatları da iştirak etmişlər. Yaxın günlərdə qeydiyyatdan keçmək üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaqdır.

Ə.Hüseynov demişdir ki, 2002-ci ildə Kanadanın Ottava şəhərində yaradılan təşkilatın ötən il Küveytdə keçirilmiş 3-cü konfransında Cənubi Qafqaz üzrə şəbəkənin məhz Azərbaycanda yaradılması barədə qərar qəbul edilmişdir. Bundan sonra məsələ ilə bağlı Azərbaycan Gürcüstan deputatları görüşərək bir sıra tədbirlər həyata keçirmişlər.

Komissiya sədrinin dediyinə görə, şəbəkə açıq olacaq, dünyanın nüfuzlu təşkilatları ilə sıx əməkdaşlıq edəcəkdir.

Şəbəkənin təsisçilərindən biri olan Gürcüstan parlamentinin hüquq komissiyasının sədri Pavle Kublaşvili demişdir ki, yeni əməkdaşlıq bu sahədə fəaliyyətin səmərəsini artırmaqla korrupsiya rüşvətxorluqla mübarizə işinə yaxşı fayda gətirəcəkdir. Qonaq vurğulamışdır ki, Azərbaycanın sürətli inkişafı bizi sevindirir. Gürcüstana inkişaf etmiş, güclü qonşu dövlət lazımdır. Ölkələrimiz arasında dərin dostluq münasibətləri vardır bu dostluq Cənubi Qafqazda sülhün təminatıdır. Bu isə çox mühüm məsələdir.

P.Kublaşvili demişdir ki, korrupsiyaya qarşı qlobal mübarizə sahəsində əməkdaşlıq vacibdir. Hər iki ölkənin beynəlxalq təcrübə mübadiləsi aparması üçün yaxşı qanunvericilik bazası vardır.

Konfransda qeyd olunmuşdur ki, son illər Azərbaycanda Gürcüstanda korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin möhkəmləndirilməsi üzrə xeyli görülmüşdür. Cənubi Qafqaz şəbəkəsi inkişaf etmiş ölkələrlə təcrübə mübadiləsi aparmaqla yanaşı, yeni layihələr hazırlayıb həyata keçirəcəkdir.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Konfransda Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Çingiz Əsədullayev, deputat Fuad Muradov, Gürcüstan parlamentinin maliyyə komissiyasının sədr müavini Laşa Tordia iştirak etmişlər.

 

 

Azərbaycan.-2009.-6 fevral.-S.2.