Əmək Məcəlləsinə ediləcək əlavələr dəyişikliklər ölkə vətəndaşlarının əmək hüquqlarının daha mükəmməl müdafiəsinə şərait yaradacaqdır

 

Bu barədə fevralın 5-də Milli Məclisin (MM) Sosial siyasət daimi komissiyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Əmək Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə dair birgə keçirdikləri elmi-praktik konfransda məlumat verilmişdir.

Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov Azərbaycanda həyata keçirilən islahatlardan danışmış, qanuna təklif olunan dəyişikliklərin həmin islahatların bir hissəsi olduğunu diqqətə çatdırmışdır.

Parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, son 3 il ərzində bir neçə vacib qanunun, eləcə Əmək Məcəlləsinin monitorinqi keçirilmişdir. Monitorinqin nəticəsi olaraq vətəndaşların əmək hüquqlarının daha mükəmməl qorunması üçün məcəlləyə bir sıra əlavələrin dəyişikliklərin edilməsi məqsədəuyğun sayılmışdır. Bugünkü konfransın əsas məqsədi həmin dəyişiklikləri bir daha nəzərdən keçirmək yekun qərar qəbul etməkdir.

MM sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Hacı Mirhəşim Seyid məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, layihədə 33 maddəyə 120-dən çox əlavə dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.

Dəyişikliklərdə mövsümi işlərdə çalışan işçilərə məzuniyyətin, bir qayda olaraq, mövsümün sonunda hər ayına görə iki təqvim günü müddətində verilməsi, hamiləlik dövründə doğuşdan sonrakı dövr üçün işləyən qadınların 250 təqvim günü ödənişli məzuniyyətin verilməsi, əmək məzuniyyətlərinin verilməsində növbəlilik, yaxın qohumların toy dəfn mərasimlərində iştirak etmək üçün işçilərə 5 təqvim gününədək məzuniyyətin verilməsi s. ciddi müddəalar əksini tapmışdır.

Sonra parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, MM-in deputatı Səttar Mehbalıyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, deputatlar Yaqub Mahmudov, Elmira Axundova, Musa Quliyev, Əmək Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin digər dövlət qurumlarının nümayəndələri çıxış etmiş, layihə ilə bağlı rəy təkliflərini bildirmişlər.

Qeyd olunmuşdur ki, bu gün Azərbaycan dünyada islahatçı ölkə nüfuzunu qazanmışdır. Bu dəyişikliklər bütövlükdə insan hüquq azadlıqlarının qorunması baxımından Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların uğurlu davamı kimi olduqca yüksək qiymətləndirilmişdir.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.

 

 

Azərbaycan.-2009.-6 fevral.-S.2.