ABŞ Konqresində
Azərbaycan məsələləri
üzrə işçi
qrupuna yeni üzvlər qoşulmuşdur
ABŞ-ın Şimali
Karolina və Virciniya ştatlarından seçilmiş
respublikaçı xanım Se Mayrik və demokrat Cim Moran
Konqresin Azərbaycan məsələləri üzrə
işçi qrupuna qoşulmuşlar.
Xanım Se Mayrik ABŞ
Konqresinin Nümayəndələr Palatasının Enerji və
Kommersiya Komitəsinin, Cim Moran isə Assiqnasiyalar Komitəsinin
üzvüdür.
Yeni üzvlərin
qoşulması ilə Konqresdə Azərbaycan məsələləri
üzrə işçi qrupundakı konqresmenlərin sayı
42-yə çatmışdır.
AzərTAc
Azərbaycan.-2009.- 6 fevral.-S.2.