Xarici İşlər Nazirliyində

 

Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 5-də Yəmən, Nigeriya, Benin, Cənubi Afrika Respublikası, Vyetnam, Zimbabve Şri-Lankanın eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrinin surətini qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Yəmən Respublikasının səfiri Cəmal Abdulla Əl-Səllal ilə görüşdə diplomat ölkələrimiz xalqlarımız arasında dərin tarixi köklərə söykənən əlaqələrin olduğunu söyləyərək, onların inkişafı üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini bildirmişdir. Nazir E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin intensivləşdirilməsi üçün lazımi əsasların olduğunu qeyd etmiş, Yəmən Respublikasının rəhbərliyinə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnaməyə dair BMT-nin Baş Məclisində (BM) keçirilən səsvermə zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.

Nigeriya Federal Respublikasının səfiri Abubakar Çika ilə görüşdə səfir ölkələrimiz arasında neft sənayesi, təhsil digər sahələrdə əlaqələrin genişlənməsinin vacibliyindən danışmışdır. Tərəflər İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində əməkdaşlıq, dünya neft bazarlarında cərəyan edən proseslər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişlər. Nazir E.Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnaməyə dair BMT-nin BM- keçirilən səsvermə zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Nigeriya tərəfinə təşəkkür etmişdir.

Benin Respublikasının səfiri d,Almeid Ai Vissinto ilə görüşdə tərəflər ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi imkanları, xüsusilə , kənd təsərrüfatı, neft sənayesi, turizm digər prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparmışlar. Nazir Azərbaycanın Afrika qitəsinə artan maraqları çərçivəsində Benin Respublikası ilə əlaqələrin möhkəmlənməsinin mühüm rol oynadığını bildirmişdir. Nazir E.Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlara toxunaraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü bildirmişdir.

Cənubi Afrika Respublikasının səfiri Teboqo Seokolo ilə görüşdə iki ölkə arasında bir çox sahələrdə ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafı perspektivləri nəzərdən keçirilmiş, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanmışdır. Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü ətrafında da fikir mübadiləsi aparılmış nazir E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd etmişdir.

Vyetnam Sosialist Respublikasının səfiri Buy Din Zin ilə görüşdə siyasi, iqtisadi, xüsusilə, neft sənayesi, habelə mədəniyyət, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğunluğu qeyd olunmuşdur. Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ətraflı məlumat vermiş, münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının mümkünlüyünü vurğulamışdır. Görüşdə iki ölkənin XİN-ləri arasında müvafiq məsləhətləşmələrin aparılması yüksək səviyyədə səfərlərin təşkili ilə bağlı razılıq əldə edilmişdir.

Zimbabve Respublikasının səfiri Pelekezela Mpoko ilə görüşdə səfir öz ölkəsində hazırkı vəziyyət haqqında məlumat vermiş, Zimbabvenin Azərbaycan ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Tərəflər ölkələrimiz üçün qarşılıqlı maraq doğuran sahələrin nəzərdən keçirilməsinin vacibliyini qeyd etmişlər. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlara toxunaraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü bildirmişdir.

Şri-Lanka Demokratik Sosialist Respublikasının səfiri Mohamed Mohamed Zohair ilə görüşdə səfir ölkəsinin Azərbaycanla ikitərəfli çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, bu istiqamətdə yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkil edilməsində maraqlı olduğunu qeyd etmişdir. Nazir E.Məmmədyarov ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq etmək üçün geniş imkanların mövcud olduğunu qeyd etmiş bu istiqamətdə müvafiq məsləhətləşmələr aparılmasının əhəmiyyət kəsb etdiyini söyləmişdir.

 

* * *

Nazir Elmar Məmmədyarov Anqolanın Azərbaycanda yeni təyin edilmiş səfiri Samuel Titu Armandonu ilə görüşmüşdür. Səfir etimadnamələrinin surətini nazirə təqdim etmişdir.

Görüşdə Azərbaycan-Anqola münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunmuş, əlaqələrin inkişafı istiqamətində görüləcək işlərə dair fikir mübadiləsi aparılmışdır.

Münasibətlərin qarşılıqlı faydalı şəkildə qurulmasının vacibliyini bildirən nazir E.Məmmədyarov ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin Azərbaycanın xarici siyasətində ən prioritet məsələ olduğunu vurğulamışdır.

E.Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamənin qəbulu ilə əlaqədar BMT Baş Məclisində 2008-ci ilin martında keçirilmiş səsvermədə Anqolanın qətnamənin əleyhinə səs verməsinin ölkəmizdə təəccüb doğurduğunu bu faktın münasibətlərimizin üzərinə kölgə saldığını bildirmişdir.

Ölkəsinin həmin qətnaməyə dair səsvermə zamanı tutduğu mövqeyinin anlaşılmazlıqdan irəli gəldiyini deyən səfir S.T.Armando bu faktın münasibətlərə xələl gətirməməsi əməkdaşlığın inkişafı üçün müvafiq aparacağına dair Anqola Prezidentindən tapşırıq aldığını qeyd etmişdir.

Tərəflər bu məsələ ilə bağlı hər iki ölkənin beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin ətraflı məsləhətləşmələr aparacağına dair razılığa gəlmişlər.

Anqola Prezidenti Jose Eduardo duş Santuşun Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığını, habelə ötən il Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak etmiş Anqolanın birinci xanımı Ana Paula duş Santuşun Azərbaycandan gözəl xatirələrlə qayıtdığını bildirən səfir, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulamışdır.

Görüşdə, həmçinin ölkələrimiz arasında enerji təhsil sahələrində, o cümlədən neft mühəndisi kadrlarının hazırlanması üzrə əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 fevral.-S.3.