"Yeni Azərbaycan" təşviqat qrupunun bir sıra bölgələr üzrə nümayəndələri üçün seminarlar keçirilmişdir

 

Fevralın 3-ü 4-də İsmayıllı şəhərində "Yeni Azərbaycan" təşviqat qrupunun Şamaxı, Qobustan İsmayıllı təmsilçiləri üçün, Qəbələ şəhərində Şəki, Oğuz Qəbələ nümayəndələri üçün, Zaqatala şəhərində isə Qax, Balakən Zaqatala nümayəndələri üçün seminarlar keçirilmişdir.

"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini Mübariz Qurbanlı seminar-müşavirələrdə Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin mahiyyəti barədə ətraflı çıxış etmiş, seçicilər arasında maarifləndirmə işinə xüsusi əhəmiyyət verilməsinin vacibliyini vurğulamışdır.

Geniş fikir mübadiləsi şəraitində keçirilmiş seminar-müşavirələrdə "Yeni Azərbaycan" təşviqat qrupunun qarşısında duran vəzifələr görüləcək işlər barədə danışılmışdır.

"Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin deputatı Hikmət Atayev təşviqat qrupunun digər təmsilçiləri seminar-müşavirələrdə iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 6 fevral.-S.4.