Dövlət Neft Fondundan vəsait ən vacib layihələrin
reallaşması üçün
ayrılır
Məlumatda həmçinin
deyilir ki, keçən ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə
6,9 dəfə artaraq 9190,2 milyon manat təşkil edib. Daxilolmaların 99,3 faizi "Əsrin
müqaviləsi" ilə
əlaqədar neft sazişlərinin həyata
keçirilməsi, 0,7 faizi
isə fondun aktivlərinin yerinə yetirilməsi və idarə olunması ilə bağlı gəlirlərin payına düşüb.
Həmin dövrdə
fondun xərcləri 3,8 dəfə artıb və 2,9 milyon manata çatıb.
Xərclərin 86 faizini
fondun büdcəsinin
icrası ilə bağlı xərclər,
14 faizini büdcədənkənar
xərclər təşkil
edib.
Neft Fondu büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün
ailələrinin məskunlaşma
və sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması
üzrə tədbirlərin
həyata keçirilməsinə
85,5 milyon manat ayrılıb. Oğuz-Qəbələ zonasından
Bakı şəhərinə
su kəmərinin çəkilişi üçün
135,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üçün
79,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu üçün 3,7 milyon manat vəsait verilib. Dövlət büdcəsinə 2190 milyon manat köçürülüb.
"Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"na
uyğun olaraq azərbaycanlı tələbələrin
başqa dövlətlərdə
təhsili xərclərinin
maliyyələşdirilməsinə fond tərəfindən 598,4
min manat vəsait ayrılıb.
Keçən ilin üç rübü ərzində fondun idarə edilməsi ilə bağlı xərclər 3,1 milyon manat təşkil
edib.
Neft Fondunun büdcədənkənar xərclərinin
94,5 faizi fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə
bağlı itkilərin,
5,5 faizi mənfəət
vergisi və digər vergilər üzrə ödənişlərin
payına düşüb.
Azərbaycan.-2009.-6 fevral.-S.5.