Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Debnad Şounun etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Hindistan Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Debnad Şounun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Debnad Şou etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə
xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin müxtəlif
sahələrdə inkişafından
məmnunluq ifadə olundu. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan-Hindistan
əlaqələrinin daha
da genişlənməsi
istiqamətində səylərini
əsirgəməyəcəyini bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-7 fevral.-S.1.