Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Aivo Oravın etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Estoniya Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Aivo Oravın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Aivo Orav etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə
xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin
başçısı iki
ölkə arasında
əlaqələrin uğurla
inkişaf etdiyini vurğuladı, bunun daha da genişləndirilməsi
üçün böyük
potensial imkanların olduğunu dedi. Prezident İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfərinin qarşılıqlı əlaqələrin
inkişafı baxımından
əhəmiyyətini vurğuladı,
səfər zamanı
keçirilən görüşlərin,
biznes forumunun münasibətlərin daha
da möhkəmləndirilməsi
üçün yaxşı
zəmin yaratdığını
bildirdi.
Səfir Aivo Orav ikitərəfli münasibətlərin yeni
mərhələyə qədəm
qoyduğunu, əməkdaşlığın
müxtəlif sahələrdə
genişləndiyini dedi.
O, dövlətimizin başçısını
əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qarşılıqlı
münasibətlərin daha
da genişləndirilməsinə
səy göstərəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-7 fevral.-S.1.