Azərbaycan Prezidenti İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Samuel Titu Armandunun etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Samuel Titu Armandunun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Samuel Titu Armandu etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı Azərbaycanla Anqola arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 7 fevral.-S.1.