Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Cəmal Abdullah əl-Cəlalın etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-daYəmən
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Cəmal
Abdullah əl-Cəlalın etimadnaməsini qəbul
etmişdir.
Səfir fəxri qarovul
dəstəsinin qarşısından keçdi.
Cəmal Abdullah əl-Cəlal
etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim
etdi.
Dövlətimizin
başçısı səfirlə xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev
səfirlə söhbət etdi.
Diplomat Yəmən Respublikasının Prezidenti Əli Abdullah Salehin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yəməndə böyük hörmət və ehtiramla xatırlandığını bildirdi. Səfir Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavan həyat arzuladı.
Dövlətimizin başçısı Azərbaycanla Yəmən arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu dedi və əminliyini bildirdi ki, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də qarşılıqlı əlaqələr uğurla inkişaf edəcək, əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr müəyyənləşdiriləcəkdir. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Dövlətimizin başçısı Yəmən Prezidenti Əli Abdullah Salehin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.- 7 fevral.-S.1.