Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.

Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığıÖlülər”, milli vəhdət ideyasının carçısına çevrilmişAnamın kitabı”, eləcə digər dramaturji, nəsr publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu naşirliyi ilə çap olunanMolla Nəsrəddinjurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir.

Azərbaycan mədəni ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 fevral 2009-cu il.

 

Azərbaycan.-2009.-7 fevral.-S.1.