Mehdi Hüseynin
100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
2009-cu ilin
mart ayında görkəmli
ədib, Azərbaycanın
xalq yazıçısı
Mehdi Hüseynin (Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 ili tamam
olur.
Yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında
istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus
yeri vardır. O, tarixi
və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana
gətirməklə yanaşı,
peşəkar ədəbiyyatşünas
kimi sənətkarlıq
və yaradıcılığın
nəzəri məsələlərinə
dair aktual mülahizələri ilə
ədəbi prosesə
istiqamət vermişdir.
Azərbaycan ədəbiyyatının
inkişafı sahəsində
təqdirəlayiq xidmətlər
göstərmiş yazıçı
Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin
təklifləri nəzərə
alınmaqla, Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı
Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
6 fevral 2009-cu il.
Azərbaycan.-2009. -7 fevral.-S.1.