Azərbaycan Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Abubakar Sikanın etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Nigeriya Federativ Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Abubakar Sikanın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Abubakar Sika etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə
xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Diplomat Nigeriya Prezidenti Umaru Yar Aduanın
salamlarını və
ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı.
Nigeriyanın Afrika qitəsində strateji mövqeyi olduğunu bildirən səfir ölkəsinin sürətli
iqtisadi inkişaf yolunda olan və
zəngin mədəniyyətə
malik Azərbaycanla həm ikitərəfli səviyyədə, həm
də beynəlxalq təşkilatlar, o cümlədən
İslam Konfransı Təşkilatı çərçivəsində
əməkdaşlığa böyük önəm verdiyini dedi. O, dövlətimizin başçısını
əmin etdi ki, diplomatik fəaliyyəti dövründə
qarşılıqlı münasibətlərin
daha da genişləndirilməsi
üçün səylə
çalışacaqdır.
Prezident İlham Əliyev Azərbaycanla Nigeriya arasında əlaqələrin
müxtəlif sahələrdə,
o cümlədən iqtisadi
sahədə inkişafı
üçün yaxşı
imkanların mövcudluğunu
vurğuladı. Dövlətimizin başçısı Nigeriya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını ona çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2009.- 7 fevral.-S.2.