Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Buy Din Dinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Vyetnam Sosialist Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Buy Din Dinin etimadnaməsini
qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Buy Din Din
etimadnaməsini Azərbaycan
Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə
xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev diplomatla söhbət etdi. Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud
olduğunu və bu əlaqələrin genişləndirilməsi üçün
səylərini əsirgəməyəcəyini
söyləyən səfir
bu işdə Azərbaycan hökumətinin
dəstəyinə arxalandığını
vurğuladı.
Dövlətimizin başçısı hər
iki ölkənin iqtisadi inkişafının
dinamik xarakter daşıdığını xatırlatdı və əlaqələrin inkişafı
üçün yaxşı
imkanların olduğunu
bildirdi. İqtisadi əməkdaşlığın
daha da genişləndirilməsi
üçün konkret
sahələrin müəyyənləşdirilməsinin
önəmini vurğulayan
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.-2009.-7 fevral.-S.2.