Azərbaycan Prezidenti İlham Əliyev Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Vassinto Ayi d,Almeidianın etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Vassinto Ayi d,Almeidianın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vassinto Ayi d,Almeidia etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Benin arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əsas istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı, bu işdə səfirin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirdi.

Səfir Vassinto Ayi d,Almeidia ikitərəfli münasibətlərin inkişaf etdirilməsində siyasi dialoqun, iqtisadi ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. O, dövlətimizin başçısını əmin etdi ki, ölkəmizdə diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün fəal surətdə çalışacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 fevral.-S.2.