Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Tebogo Seokolonun etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 6-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Tebogo Seokolonun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Tebogo Seokolo etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə
xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı qarşılıqlı
münasibətlərin inkişafı
üçün yaxşı
potensialın olduğu
vurğulandı və
əlaqələrin perspektivləri
barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2009.- 7 fevral.-S.2.