Belarusun populyar qəzetləri Prezident İlham Əliyev haqqında məqalələr dərc etmişlər

 

Yaxın keçmişimizə qısa səyahətlə başlanan birinci məqalədə xatırladılır ki, 2003-cü ilin oktyabrında İlham Əliyev Prezident vəzifəsində atası, yeni Azərbaycanın yaradıcısı Heydər Əliyevi əvəz etmişdir. Məqalədə deyilir ki, Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş, sonra isə 6 il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur. O, ikinci dəfə 1993-cü ildə, Azərbaycan həqiqətən uçurum qarşısında dayandığı bir dövrdə ölkəsində hakimiyyətə qayıtmışdır. Bu çətin şəraitdə Heydər Əliyev vəziyyəti büsbütün döndərməyə, ölkə iqtisadiyyatını insanların yaşayış şəraitini addım-addım yüksəltməyə nail oldu.

...Əlbəttə, 41 yaşlı İlham Əliyev üzərinə götürdüyü vəzifənin məsuliyyətini anlayırdı. Təəssüf ki, Heydər Əliyev oğlunun Prezident vəzifəsində uğurlarını görə bilmədi.

İlham Əliyev atasını, müdrik məsləhətçisini itirsə də, yeni vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. O, gözəl təhsil almış, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş, sonra beş il orada müəllim işləmiş, namizədlik dissertasiyası müdafiə etmişdir. İngilis, fransız, türk və rus dillərini mükəmməl bilir. Bütün vəzifələrdə özünü bacarıqlı rəhbər və mahir diplomat kimi göstərmişdir.

Oğul atasının siyasətini davam etdirmişdir və yəqin ki, bir neçə rəqəm min sözdən daha tutarlı olar. Özünüz düşünün: o, seçkilərdə vəd etmişdi ki, 5 il ərzində ölkədə 600 min iş yeri açılacaqdır. Prezident vədinə əməl etmiş və hətta 160 min çox yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə enmişdir. Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasına görə dünya liderləri sırasındadır, yaşayış səviyyəsinə görə isə keçmiş sovet ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən il Dünya Bankı bu ən böyük Cənubi Qafqaz ölkəsini dünyada 1 nömrəli islahatçı ölkə elan etmişdir.

Əlbəttə, opponentlər deyə bilərlər ki, zəngin neft və qaz yataqları olan ölkədə iqtisadi inkişafdan və sosial sahədə uğurlardan danışmaq mümkündür. Bu, doğrudur, ancaq bəzi ölkələrin bundan da böyük imkanları var, lakin belə nəticələr göstərə bilmirlər.

Üstəlik, Cənubi Qafqaz xüsusi regiondur, burada dünyanın bir çox güclü dövlətlərinin maraqları toqquşur və tarazlaşdırılmış müstəqil siyasət yeritmək heç də asan iş deyildir. Lakin Azərbaycan Prezidentinə artıq heç nə sübut etmək lazım deyil, zaman hər şeyi yerbəyer etmişdir. O, həyatının başlıca məqsədini prezident seçkilərində iki dəfə ona yüksək etimad göstərmiş Azərbaycan xalqına xidmətdə görür.

İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində söylədiyi nitqdə özünün və ölkənin gələcəyini belə müəyyənləşdirmişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir".

Ötən beş il ərzində Azərbaycan Prezidentinin özü bu xətdən dönməmiş, nailiyyətləri möhkəmləndirməyə yeni-yeni zirvələr fəth etməyə çalışmışdır. Belarus-Azərbaycan münasibətləri buna yaxşı nümunədir. Prezident İlham Əliyevin 2006- ilin payızında Minskə Belarus lideri Aleksandr Lukaşenkonun 2007-ci ildə Bakıya qarşılıqlı səfərləri bu münasibətlərə güclü təkan vermişdir.

Üç il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 3 dəfədən çox artmış, Azərbaycanda Belarus traktorları, yük avtomobilləri optik cihazların yığılması üzrə müəssisələr yaradılmışdır. Liftlərin, qaldırıcı kranların, günəş batareyalarının digər məhsulların birgə istehsalına başlanmış, hərbi-texniki sahədə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, mədəni əlaqələr genişləndirilmişdir.

Ötən ilin noyabrında Belarus Prezidenti Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ilə görüşərkən iki ölkə arasında əməkdaşlığın perspektivlərini belə səciyyələndirmişdir: "Biz heç kimə qarşı dostluq etmirik, münasibətlərimizi kiməsə qarşı yönəltmirik. Azərbaycan qardaş respublikadır. Biz dostuq bu, hər şeyi izah edir. Bu istiqamətdə hərəkət edəcəyik".

Ən yeni dövrdə Belarus ilə Azərbaycanın keçdiyi tarixi yolun oxşarlığını müşahidə etməmək çətindir. Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev bununla əlaqədar demişdir ki, Aleksandr Lukaşenko İlham Əliyev kimi müstəqil siyasi liderlər öz xalqlarının mənafeyinə uyğun fəaliyyət göstərirlər, bu, çətin olsa, gələcəyə aparan yeganə doğru yoldur buna görə biz bir yerdəyik. Belarus Azərbaycanın simasında müsəlman aləmində sadiq müttəfiqini tapmış, biz isə Avropanın mərkəzində dost qazanmışıq.

"Respublika" qəzetindəki məqalədə isə deyilir: "Politoloqlar tez-tez İlham Əliyevin xarici siyasətini şəxsi münasibətlərin "Şərq diplomatiyası" kimi səciyyələndirir etiraf edirlər ki, bu siyasət öz səmərəsini verir. İndi Belarus ilə Azərbaycan arasında danışıqlarda iki xalqın dostluğunu qardaşlıq əlaqələrini təsdiq edən fikirlər daha qətiyyətlə səslənir. Səfir Əli Nağıyev deyir ki, Azərbaycan kiçik dövlətdir o, xarici aləmlə münasibətlərini elə qurmalıdır ki, həm iqtisadi fayda əldə etsin, həm böyük siyasətdə uduzmasın. Bu, liderdən çox güclü uzaqgörən təfəkkür tələb edir. Heydər Əliyevin malik olduğu bu keyfiyyətləri bu gün oğlu İlham Əliyevdə görürük.

Şübhəsiz ki, Heydər Əliyev xəttinin davam etdirilməsi İlham Əliyev siyasətinin başlıca ideyasıdır. Onun liderlik bacarığına şübhə edənlərin səsi bu gün getdikcə daha zəif çıxır, cavan Prezidentin siyasətinin tərəfdarları isə durmadan artır".

Qəzet yazır ki, İlham Əliyev həmişə sözünün üstündə durur, elə buna görə xalq onu çox sevir. Prezidentin təşəbbüsü ilə ölkədə işsizliyin azaldılmasına, yoxsulluqla mübarizəyə, regionların inkişafına dair irimiqyaslı layihələr həyata keçirilir. Əhalinin əksəriyyətinin özəl təsərrüfatdan gəlir əldə etdiyi ölkədə 2008-ci ilin sonunda orta əməkhaqqı 335 dollara, pensiya 120 dollara çatmışdır. Ekspertlərin fikrincə, Azərbaycan dünya iqtisadi böhranından ən az ziyan çəkən ölkədir. Neft Fondunun 20 milyard dollardan çox ehtiyatı maliyyə, iqtisadi sosial sahələrdə sabitliyi qoruyub saxlamağa imkan verir.

 

 

Zeynal Ağazadə,

AzərTAc-ın xüsusi müxbiri

 

 

Azərbaycan.-2009.- 7 fevral.-S.4.