Raynhart Miçek: "Məqsədimiz Nabukko kəməri ilə ilkin olaraq Azərbaycan qazını Avropaya nəql etməkdir"

 

Bu fikirləri Nabukko boru kəmərinin tikintisi üzrə konsorsiumun icraçı direktoru Raynhart Miçek AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir.

R.Miçek qeyd etmişdir ki, hazırda Nabukko layihəsi özünün mühüm inkişaf mərhələsindədir, Türkiyə Aİ- üzv ölkələrlə dövlətlərarası sazişlərin razılaşdırılması prosesi aparılır. Layihənin inkişafı ilə əlaqadər növbəti toplantı Sofiyada, mayda isə Praqada keçiriləcəkdir. "Əminik ki, cari ilin aprel-may aylarında Nabukko qaz dəhlizi üçün hüquqi bazanı təmin edəcək həmin dövlətlərarası sazişlərin imzalanmasına başlanılacaqdır.

Nabukkonun məqsədi ondan ibarətdir ki, Orta Asiya Yaxın Şərq regionunda öz qaz mənbələrini təklif edən heç bir tərəf bu layihədə iştirakdan kənarda qalmasın.

Maliyyələşmə məsələsinə gəldikdə isə, kəmərin tikintisi üçün tələb olunan 7,9 milyard avro investisiya büdcəsinin 30 faizi konsorsiumda iştirak edən şirkətlərin öhdəsinə düşəcəkdir. İnvestisiya qoyuluşunun 70 faizi isə müxtəlif banklar tərəfindən maliyyələşdiriləcəkdir. Həmin banklar arasında ilk növbədə Avropa İnvestisiya Bankı qeyd edilməlidir. Biz əminik ki, lazım olan maliyyə dəstəyi müvafiq zəmanətlər tələb olunan vaxtda əldə ediləcək bununla bağlı heç bir problem yaranmayacaqdır.

İlkin olaraq hansı ölkələrin öz qazını Nabukko kəməri ilə Avropa bazarlarına çıxaracağını Nabukko konsorsiumu təyin etmir, bunu alıcı tərəflə öz qazını təklif edən ölkələr müəyyənləşdirməlidir. Hazırkı mərhələdə məlumdur ki, Azərbaycan, Türkmənistan İraq öz qaz resurslarını Nabukko vasitəsilə Avropaya nəql edəcəklər. Gələcəkdə isə Misir İran, çox ehtimal ki, Rusiya da bu kəmərə qoşula biləcəklər".

Azərbaycanın bu layihədəki rolundan bəhs edən R.Miçek bildirmişdir ki, Azərbvaycan bu layihədə açar roluna malikdir. Prezident İlham Əliyev Budapeşt sammitində aydın şəkildə bildirmişdir ki, Azərbaycan tərəfi beynəlxalq bazarda qəbul olunan tranzit şərtləri əsasında tranzitə lazımi şəraiti yaradacaqdır. Bu da istər Türkiyə, istərsə Avropa ölkələri tərəfindən yüksək dəyərləndirilir. Bu, Nabukko kəmərinin gələcək inkişafı üçün əhəmiyyətli rola malik olacaq müsbət stimulverici siyasi siqnaldır.

Sonda icraçı direktor qeyd etmişdir ki, kəmərin tikintisinə 2011-ci ildə başlanılacaq inşaat işləri 2014-cü ildə başa çatdırılacaqdır. Konsorsium kəmərin fəaliyyətə başlayacağı vaxtı "Şahdəniz-2" yatağının istismara verilməsi tarixi ilə uzlaşdıracaqdır. Çünki məqsədimiz Nabukko kəməri ilə ilkin olaraq Azərbaycan qazını Avropaya nəql etməkdir.

 

 

Elgün Niftəliyev,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

 

Azərbaycan.-2009.-7 fevral.-S.4.