Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini qoruyub saxlayıb

 

Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsində uğur qazanmış təkmil iqtisadi modelə üstünlük verərək milli iqtisadiyyatını möhkəmləndirməsi böyük nailiyyətlərlə müşahidə olunmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı tərəqqi yoluna çıxarmışdır. Son beş ildə aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf etmiş, beynəlxalq iqtisadi qurumlar ölkələrlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurulmuşdur.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bölgələrinin tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, infrastruktun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla özəl sektorun sahibkarlığın inkişafına böyük imkan yaratmışdır. Dövlət başçısı İlham Əliyevin sosial-iqtisadi siyasətinin mahiyyəti paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması bərabər inkişafa nail olmaqdır.

Dövlət Proqramında qarşıya qoyulan kompleks vəzifələrin həyata keçirilməsi nəticəsində paytaxtla yanaşı, bölgələr sıçrayışlı inkişaf yoluna qədəm qoymuş, əhalinin maddi rifahı, sosial-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, dağ rayonları inkişaf etmiş, işləməyən müəssisələrin fəaliyyəti bərpa olunmuş, yeni yerləri açılmışdır. Respublikanın bütün bölgələrində sahibkarlıq mühiti yaxşılaşdırılmış, vətəndaşların maddi mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Son beş ildə 766 min yeni yeri açılmışdır ki, onun da əksəriyyəti bölgələrin payına düşür.

Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursu əhalinin sosial durumunun daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Sosialyönümlü problemlərin kompleks həlli sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini vermişdir. Minimum əməkhaqları minimum pensiyaların baza həddi ötən il 50 faiz artırılmışdır. Hazırda ölkəmizdə orta aylıq əməkhaqqı 335 dollar, orta pensiya 120 dollardır. Azərbaycanda ünvanlı sosial yardım proqramı uğurla icra olunur. Dövlət büdcəsi gəlirlərinin ildən-ilə artması sosial məsələlərin qarşıdakı illərdə uğurla həll ediləcəyini deməyə əsas yaradır.

Azərbaycanda sahibkarların hərtərəfli fəaliyyəti üçün geniş şərait yaradılmışdır. Bunun nəticəsidir ki, özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdir. Kiçik orta sahibkarlığın inkişafına güzəstli kreditlərin ayrılması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektora əsassız maneələrin qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır. Ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektor sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirilmiş, güclü sahibkarlar təbəqəsinin formalaşması, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Sahibkarlığın inkişafı məqsədilə zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun son illərdəki səmərəli fəaliyyəti buna əyani misaldır. Fond sahibkarlığın inkişafına dəstək verir, onlara müvəkkil banklar vasitəsilə güzəstli kreditlər verərək bununla da is adamlarının səmərəli biznes layihələrinin reallasmasına yardımçı olur. Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi artmışdır.

Azərbaycanda iqtisadi islahatların davamlı xarakter alması, siyasi sabitliyin bərqərar olması, uğurla reallaşdırılan qlobal enerji layihələri dünya miqyasında ölkəmizin nüfuzunu artırmaqdadır.

Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qarşıda daha yeni perspektivlər açır. İsveçrənin kurort şəhəri olan Davosda bu günlərdə keçirilən Dünya İqtisadi Forumu bunu bir daha təsdiqlədi. Forumda müasir dövrün siyasi-iqtisadi, eləcə qlobal inkişafın əsas problemləri işgüzar tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə predmeti olmuşdur. Forumda 100-dək ölkədən 2500-dən çox təmsilçinin, o cümlədən 41 dövlət hökumət nümayəndələrinin iştirak etməsi bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirdi. Forumda dünya iqtisadi maliyyə böhranının aradan qaldırılması, iqlim dəyişiklikləri məsələləri diqqətdə saxlanılmışdır. Dünyada böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsi mühüm məqam kimi dəyərləndirilmişdir. Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev ABŞ-ın məşhur "Uoll strit cornel" qəzetinə müsahibə vermişdir. Dövlət başçısı ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələr verdiyini bildirmişdir: "Son bir neçə il ərzində həyata keçirdiymiz islahatlar artıq yaxşı nəticələr verir. Kənd təsərrüfatı sahəsində çox yaxşı potensialımız var. Kiçik orta sahibkarlıqda möhkəm potensial mövcuddur. İnfrastruktur layihələri çox uğurla həyata keçirilir. Azərbaycanda qeyri-neft sektorunda ÜDM artımı 15,7 faiz olmuşdur. Beləliklə, bütün bunlar əsas amillər həyata keçirdiyimiz islahatlardır. Həmin amillər bu cür artımın əsas səbəblərindən biridir.

2003-cü ildə Azərbaycan xalqının 49 faizi yoxsulluq səviyyəsindən aşağı yaşayırdı. 2008-ci ilin hesablamalarına görə, hazırda bu rəqəm 13,2 faiz təşkil edir. Bu onu göstərir ki, enerji siyasəti sərvətlərin düzgün bölüşdürülməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə ki, görüləcək işlər çoxdur. Ölkəmizdə hələ bir çox problemlər var, lakin meyil müsbətdir. Ölkə regionda artıq öz mövqeyini qazanıb siyasi, iqtisadi enerji inkişafı sahəsində sabitlik amili rolunu oynayır. Ümid edirəm ki, bu müsbət meyil gələcəkdə davam edəcəkdir".

Dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında sürətli inkişaf tempinin qorunub saxlanılması aparılan iqtisadi strategiyanın düzgünlüyünü təsdiq edir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların Dünya Bankı, eləcə digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi bu iqtisadi kursa alternativin olmadığını bir daha sübuta yetirir.

 

 

E.Hacialiyev,

 

Azərbaycan.-2009.-8 fevral.-S.1.