Milli Məclisdə görüşlər

 

Fevralın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizə yeni təyin olunmuş bir sıra ölkələrin səfirləri ilə görüşmüşdür.

Yəmən Respublikasının səfiri Cəmal Abdullah əl-Cəlalı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edən Milli Məclisin Sədri ümidvar olduğunu bildirdi ki, səfir fəaliyyəti dövründə Azərbaycan-Yəmən əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. Görüşdə qeyd olundu ki, ölkələrimiz arasında qədim əlaqələr mövcuddur. Bu əlaqələr müasir dövrdə ikitərəfli beynəlxalq təşkilatlar müstəvisində inkişaf etməkdədir. İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu deyən spiker Oqtay Əsədov Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Yəmən nümayəndələrinə dövlətinə təşəkkürünü çatdırdı. Qeyd olundu ki, ikitərəfli əlaqələrin daha da inkişafına parlamentlərarası münasibətlər öz töhfəsini verə bilər. Lakin parlamentlərarası dostluq qruplarının mövcud olmaması təəssüf hissi doğurur. Odur ki, belə bir qrupun hər iki ölkə parlamentində yaradılması vacib sayıldı.

Milli Məclisin Sədri Yəmənin qədim dövrdə ticarət mərkəzi olduğunu onun "Xoşbəxt Ərəbistan" adlandırılmasını diqqətə çatdırdı, Yəmən xalqına xoş arzularını ifadə etdi.

Səmimi qəbul üçün dərin minnətdarlığını bildirən səfir Cəmal Abdullah əl-Cəlal spiker Oqtay Əsədova Yəmən Parlamentinin Sədri Yəhya ər-Rahimin salamlarını çatdırdı. Azərbaycana sülh, əmin-amanlıq sürətli inkişaf arzulayan səfir Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını bildirdi ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.

Səfir bildirdi ki, Yəmən Azərbaycanla əlaqələrə böyük önəm verir bir müsəlman ölkəsi olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini, xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işini daim dəstəkləyir. Biz BMT İKT çərçivəsində Azərbaycanın fəaliyyətini izləyirik bundan sonra da dost münasibətimizi daha da inkişaf etdirəcəyik.

Səfir bu ilin aprelində Yəməndə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırdı. Ümidvar olduğunu bildirdi ki, parlamentlərimiz arasında əlaqələr daha da möhkəmlənəcək, dostluq qrupları yaradılacaq o da, bir səfir kimi, bu işlərə öz töhfəsini verəcək.

 

* * *

Vyetnam Sosialist Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Buy Din Dini qəbul edən Milli Məclisin Sədri Oqtay Əsədov ona fəaliyyətində uğurlar arzuladı. Çox yaxşı ikitərəfli əlaqələrimizin mövcud olduğunu diqqətə çatdıran spiker bu münasibətlərin hələ keçmiş SSRİ dövründən yarandığını söylədi. Qeyd olundu ki, həmin vaxtlardan indiyədək vyetnamlı tələbələr Azərbaycan Neft Akademiyasında təhsil almış, bacarıqlı mütəxəssis kimi yetişərək öz ölkələrində, eləcə dünyanın bir sıra neft şirkətlərində uğurlu fəaliyyət göstərmişlər bu proses bu gün davam etməkdədir. Azərbaycanla Vyetnam arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün perspektivlər mövcuddur, xüsusilə neft sektorunda əməkdaşlığı genişləndirmək mümkündür. Parlamentlərarası əlaqələrə toxunan Sədr bu istiqamətdə fəallığın artırılmasının, dostluq qruplarının yaradılmasının vacib olduğunu bildirdi.

Azərbaycanla Vyetnamın dost ölkələr olduğunu deyən səfir Buy Din Din ölkəmizin son vaxtlar böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırdı bu inkişafdan məmnun qaldığını söylədi. Qeyd etdi ki, Azərbaycan istər müharibə vaxtı, istərsə müharibədən sonrakı illərdə Vyetnama kömək etmişdir. Buna görə biz Azərbaycan xalqına dövlətinə öz minnətdarlığımızı bildiririk. O, ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ dövründə yüksək vəzifədə olduğu zaman 1983-cü ildə Vyetnama etdiyi səfəri bu səfər çərçivəsində Vyetnamda çox möhtəşəm bir körpünün açılış mərasimində iştirakını məmnunluqla xatırlatdı.

Səfir ölkələrimiz arasında əlaqələrdən danışarkən qeyd etdi ki, Azərbaycan Vyetnama həm iqtisadiyyat, xüsusilə neft sahəsində güclü kadrlar vermişdir. İndi bu sahələrdə əlaqələri inkişaf etdirmək üçün hər cür potensial imkan var biz bundan maksimum yararlanmağa çalışmalıyıq.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

* * *

Milli Məclisin Sədri Oqtay Əsədovun Estoniyanın səfiri Aivo Orav ilə görüşündə bir sıra səmərəli, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı. Yeni diplomatik təyinatı münasibəti ilə səfiri təbrik edən parlamentin Sədri Estoniya ilə Azərbaycan arasında dərin köklərə malik dostluq əməkdaşlıq münasibətlərinin olduğunu söylədi. Qeyd etdi ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri bu səfərlər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin daha da inkişafına töhfələr verməkdədir.

İqtisadi əlaqələrin genişlənməsi üçün geniş perspektivlər mövcud olduğunu söyləyən spiker bu yaxınlarda Bakıda keçirilən Biznes-Forumu xatırlatdı bu Forumda Estoniya Azərbaycan adamlarının yüksək səviyyədə təmsil olunduqlarını söylədi. Bildirdi ki, parlamentlərimiz arasında olan yüksək səviyyəli münasibətlər ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir. Biz GUAM Parlamentlərarası Assambleyası çərçivəsində Baltikyanı Ölkələrin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq etməkdəyik.

Spiker Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işini dəstəklədiyinə görə Estoniya tərəfinə öz təşəkkürünü çatdırdı.

Səfir Aivo Orav bu görüşdən məmnun qaldığını söylədi. Qeyd etdi ki, Estoniya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün bütün potensial imkanlarından istifadə edəcək. Səfir Estoniya Prezidentinin Azərbaycana səfərinin ölkəsində böyük əks-səda doğurduğunu ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğunu söylədi.

O, adamlarının nümunəvi bir əməkdaşlıq nümayiş etdirdiklərini xüsusi vurğuladı. Hərtərəfli münasibətlərin bundan sonra da qarşılıqlı anlaşma dəstək prinsipi çərçivəsində inkişaf edəcəyinə əminliyini bildirdi.

Görüşdə siyasi, iqtisadi digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin Mətbuat xidməti

 

Azərbaycan.-2009.-8 fevral.-S.1.