2008-ci ildə
ÜDM istehsalının artımı
üzrə ən yüksək göstəriciyə
Azərbaycan nail olub
MDB Dövlətlərarası Statistika
Komitəsi birlik ölkələrinin ötən
ilki makroiqtisadi nəticələrini əks
etdirən rəqəmləri
açıqlayıb.
Komitənin yaydığı
məlumata görə,
keçən il MDB ölkələrində
pərakəndə əmtəə
dövriyyəsinin həcmi
2007-ci ilə nisbətən
14 faiz artıb. Bu göstərici üzrə
ən yüksək artım 18,1 faizlə Ukraynada qeydə alınıb. Azərbaycanda isə pərakəndə əmtəə
dövriyyəsinin keçən
ilki artımı 16,1 faiz təşkil
edib. Sonrakı yerlərdə
2008-ci ildə
dənli bitkilərin istehsalı üzrə də ən yüksək artıma Ukrayna nail olub. Bu ölkədə ötən
il 2007-ci ilə nisbətən dənli bitkilər, o cümlədən taxıl
istehsalı 82 faiz çoxalıb.
ÜDM istehsalının
artımı üzrə
isə ən yüksək göstərici
son illərdə olduğu
kimi, Azərbaycana məxsusdur - 10,8 faiz. Azərbaycandan sonra
Azərbaycan.-2009.-8 fevral.-S.1.