Minskdə "İlham Əliyev. Siyasi bioqrafiya" kitabının təqdimatı Belarusun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilmişdir

 

Fevralın 6-da Minskdəki "Crowne Plaza" mehmanxanasının Kral salonunda tanınmış yazıçı Nikolay Zenkoviçin Belarus dilində çapdan çıxmış "İlham Əliyev. Siyasi bioqrafiya" kitabının təqdimatı olmuşdur.

Kitabda Azərbaycanın ən müasir tarixindən, Prezident İlham Əliyevin respublikamızın inkişafına tərəqqisinə verdiyi misilsiz töhfədən söhbət açılır.

Faktlara əsaslanan əsərlərin ustadı kimi tanınan Nikolay Zenkoviç "Sui-qəsdlər onların uydurulması", "Boris Yeltsin: müxtəlif ömürlər", "Başa çatan əsrin sirləri" kimi bestsellerə çevrilmiş xaricdə böyük maraqla qarşılanmış 25-dən yuxarı kitabın, habelə 40-dan çox monoqrafiyanın müəllifidir. Əsərləri bolqar, rumın, çex, Çin, habelə MDB ölkələrinin dillərinə tərcümə olunmuşdur.

Azərbaycanın Belarusdakı səfirliyinin yüksək səviyyədə təşkil etdiyi gecədə rəsmi qəbulda Prezident İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyətindən, Azərbaycanın inkişafına tərəqqisinə verdiyi misilsiz töhfədən bəhs edən film nümayiş etdirilmişdir. Tədbirdə səfir Əli Nağıyev, Belarus XİN-in, Minskdə akkreditə olunmuş diplomatik korpusun, Belarus ziyalılarının Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Belarus KİV-ləri ölkənin ictimai-siyasi həyatında böyük əks-səda doğuran bu tədbiri geniş işıqlandırmışlar.

 

 

Zeynal Ağazadə,

AzərTAc-ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.-2009.-8 fevral.-S.1.