Akademik Zərifə Əliyeva adına məktəbə xüsusi avadanlıq dəsti verilmişdir

 

Akademik Zərifə Əliyeva adına məktəbə tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıq dəsti verilmişdir.

Bu münasibətlə təşkil olunan mərasimdə təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən danışmışdır.

Nazir məktəbə yeni avadanlığın həmin proqram çərçivəsində verildiyini diqqətə çatdırmışdır.

Avadanlıq dəstində noutbuk, proyektorlarla yanaşı, 5 elektron lövhə vardır. Müasir texnologiyaların təhsildə istifadəsini genişləndirən elektron lövhə tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır.

M.Mərdanov seçilmiş digər pilot təhsil müəssisələrinə yeni avadanlığın veriləcəyini bildirmişdir.

Sonra tədbir iştirakçıları məktəbin tədris şəraiti ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-8 fevral.-S.5.