Torpağın vurğunu idi

 

Bu il görkəmli alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, Azərbaycanda torpaqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərmiş professor Kazım Əbdülmanaf oğlu Ələkbərovun anadan olmasının 100 ili tamam olur.

Keçən əsrin 30-cu illərində Azərbaycanın qarşısında torpaqların uçotu, istifadəsiz ərazilərin, o cümlədən pambıq sahələrinin genişləndirilməsi üçün şoranlaşmış digər təsirlərə məruz qalmış ərazilərin istehsala qaytarılması kimi böyük vəzifələr dururdu. Tədqiqatlara o zaman Kazım Ələkbərovun çalışdığı Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Kimyalaşdırma Stansiyası da cəlb edilmişdi. A.İzyumovun rəhbərliyi altında stansiyanın torpaq şöbəsində həyata keçirilən elmi-tədqiqat işlərinin yerinə yetirilməsində Kazım Ələkbərov da fəal iştirak edir. Məhz o dövrdən başlayaraq onun bir torpaqşünas kimi sərbəst elmi-tədqiqat işləri aparmasının birinci mərhələsi başlayır. İlk böyük tədqiqatlar Ağdaş, Göyçay, Xaldan digər pambıqçılıq rayonlarının torpaq örtüyünün öyrənilməsinə həsr olunur.

Burada yerinə yetirilmiş tədqiqatların materialları əsasında 30-cu illərin sonunda Kazım Ələkbərovun ilk elmi əsərləri işıq üzü görür. Bunların sırasında keçmiş Ağdaş MTS-nin torpaq örtüyünə həsr olunmuş kitabçanı, Şirvan, Qarabağ Salyan düzlərinin irimiqyaslı torpaq-aqrokimyəvi xəritələrini qeyd etmək olar. Tərtib olunmuş xəritələr birbaşa ayrı-ayrı kolxozlara, rayon təşkilatlarına təqdim edilirdi. Kitabça xəritələrin torpaq resurslarının düzgün istifadəsi işində, eləcə pambıq sahələrinə mineral gübrələrin verilməsi müddətlərinin, normalarının, növlərinin tətbiq üsullarının təyin olunmasında əvəzsiz rolu olmuşdur. Həmin materiallar kitab broşura şəklində çap edilmişdir.

Kür-Araz ovalığı torpaqlarını öyrənməklə yanaşı Kazım Ələkbərov Quba-Xaçmaz zonasının torpaq örtüyünün geniş tədqiqatlarını da aparır. O bu ərazinin dağ aran zonalarında meyvə tərəvəz bitkilərinin becərilməsi imkanlarının öyrənilməsi üçün 1935-ci ildə Böyük Qafqaz dağ silsiləsinin şimal-şərq yamacında yerləşən rayonların təbii-tarixi şəraitinin təsvirini vermişdir.

Kazım Ələkbərovun elmi yaradıcılığının ikinci mərhələsi Quba-Xaçmaz zonasının aran hissəsində yeni torpaqların kənd təsərrüfatı istehsalına daxil edilməsi burada sənaye şəhərləri üçün iri tərəvəzçilik-südçülük bazasının yaradılması, eləcə Samur-Dəvəçi kanalının tikintisi ilə bağlıdır.

O, 1943-cü ildə "Samur-Dəvəçi kanalı boyunca torpaqlar qruntlar" mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adına layiq görülür.

1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq Sektorunun bazasında yaradılmış Torpaqşünaslıq Aqrokimya İnstitutunda çalışır. Bu dövrdə toplanmış elmi materiallar əsasında "Azərbaycan SSR-i torpaqlarının öyrənilmə dərəcəsi" xəritəsini tərtib edir.

Kazım Ələkbərovun elmi fəaliyyətinin üçüncü mərhələsi bütövlüklə respublikanın kənd təsərrüfatının aktual məsələləri olan torpaq-eroziya tədqiqatları eroziyaya uğramış torpaqların meliorasiyası ilə bağlıdır.

1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Torpaq-Eroziya Stansiyası yaradılır. Kazım Ələkbərov stansiyanın direktoru təyin olunur. O dövrdə torpaqlarının eroziya vəziyyətini əks etdirən materiallar olmadığından coğrafi tədqiqatların aparılması önə çəkildi.

Eroziyanın yayılması, tipləri onların özünü büruzə vermə intensivliyini aşkarlanmaq məqsədilə xəritələr tərtib olundu, çay hövzələri rayon əraziləri torpaqlarının xəritələşdirilməsi şərtilə torpaq-eroziya tədqiqatları aparılırdı. İlk dəfə Kazım Ələkbərov Azərbaycanda eroziyanın coğrafi yayılmasının, başlıca amillərinin qarşılıqlı əlaqələrini əks etdirən tam xəritələr seriyasını hazırlamışdır. Kazım Ələkbərov 1958-ci ildə SSRİ Elmlər Akademiyasının V.V.Dokuçayev adına Torpaq İnstitutunda "Azərbaycan SSR- torpaqların eroziyası ona qarşı mübarizə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun fəaliyyəti sayəsində 1961-ci ildə torpaq-eroziya stansiyasının bazasında müstəqil fəaliyyət göstərən Elmi-Tədqiqat Eroziya Bölməsi təşkil olunmuş o, uzun illər bölməyə rəhbərlik etmişdir.

Görkəmli alimin elmi araşdırmalar əsasında tövsiyə etdiyi tədbirlər uzun illərdir ki, kənd təsərrüfatı istehsalında geniş tətbiq olunur. Yeri gəlmişkən, eroziya proseslərinin öyrənilməsində torpaq-eroziya xəritələşdirilməsinin aparılmasında Azərbaycan təcrübəsi xarici ölkələrdə tanınmışdır.

Torpaq-eroziya stansiyası təşkil olunana qədər Azərbaycanda torpaq elminin bu sahəsi üzrə mütəxəssis yox idi. Kazım Ələkbərov bu sahədə milli kadrların hazırlanması işinə böyük məsuliyyətlə yanaşmışdır. Onun rəhbərliyi altında torpaq-eroziya stansiyasının, sonralar isə Eroziya sektorunun əməkdaşları sırasından bir çox yüksək ixtisaslı elmi işçilər - elmlər doktoru elmlər namizədləri hazırlanmışdır.

Professor Kazım Ələkbərovun zəngin elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, o SSRİ-nin bir neçə orden medalları ilə təltif olunmuş, 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Görkəmli alim Kazım Ələkbərovun keçdiyi ömür yolu bu gün çoxları üçün nümunədir.

 

 

Amin Babayev,

Azərbaycan Kənd Təsərrüfatı

Akademiyasının Torpaqşünaslıq ekoloji kənd təsərrüfatı kafedrasının müdiri,

kənd təsərrüfatı elmləri

doktoru, professor

 

Azərbaycan.-2009.-8 fevral.-S.5.