Müasir ənənəyə sadiq jurnal

 

2006-cı ildə mətbuat tariximizə yeni bir jurnal daxil oldu. Bu, "TV plyus" dərgisidir. Azərbaycanda ilk milli teleradio jurnalı olan yeni nəşr rəngli müasir standartlara uyğun şəkildə işıq üzü görür. Ayda bir dəfə çıxan jurnalın səhifələrində dünyanın, eləcə Azərbaycanın mədəni siyasi həyatında baş verən yeniliklərlə tanış olmaq mümkündür. Bu jurnal nəyə toxunmur? Ölkə tamaşaçısı hansı yönümlü verilişləri mövzuları daha çox bəyənir? Bu sualın cavabı araşdırılır, dünyanın aparıcı televiziyaları onların proqramları haqqında məlumat verilir. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti mənəvi dəyərlərlə bağlı məqalələr dərc edən jurnalda idmandan tutmuş geyimə, milli mətbəxə qədər - bir sözlə, hansı mövzuda istəsən səviyyəli, maraqlı yazılar tapmaq mümkündür. Hər dəfə jurnalın yeni sayını vərəqləyəndə bir jurnalist kimi qürur fərəh hissi keçirirəm ki, bu gün həqiqətən, həm milli kökə, həm müasir tələblərə söykənən belə bir sanballı nəşrimiz var. Jurnal "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin təsisçiliyi ilə çıxsa da, o, yalnız radio televiziya işçiləri üçün nəzərdə tutulmamışdır. Burada hər bir kəs öz marağına uyğun mövzularda yazılar tapa bilər.

Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Bu gün milli televiziya radiomuz, sözün əsl mənasında, xalqın tribunasıdır". Bu müdrik fikirdən gələn gerçəklikdən biri ondan ibarətdir ki, mətbuat tariximizin yeni səhifəsini uğurla yazan "TV plyus" jurnalı ulu öndərin tövsiyələrinin işığında ləyaqətlə həyatımıza nüfuz etməkdədir. Ötən illər təsdiqlədi ki, Azərbaycanda ilk milli teleradio jurnalı olan bu nəşr həqiqətən, doğru yoldadır, ənənəyə sadiqdir, müasirliyə meyillidir, bir sözlə, səviyyəli oxuculara səviyyəli xidmət edir. Rəngli, nəfis şəkildə tərtib edilərək ayda bir dəfə oxucularının görüşünə gələn "TV plyus" jurnalının mətbuat tariximizin solmaz, yaddaqalan uzunömürlü nəşrlərindən olacağına inanırıq.

 

 

F.Xəlilzadə

 

Azərbaycan.-2009.-8 fevral.-S.7.