Milli mədəniyyətin uğuru nüfuzu

 

Keçən əsrin sonlarından başlayaraq, dünya məkanında inteqrasiya prosesinin artması, qloballaşma kimi önəmli təmayülün intensivləşməsi hər bir etnik mədəniyyətin qarşısında özünəməxsusluğu qoruyub saxlamaq kimi mürəkkəb bir məsələ qoydu. Çünki bu, artıq danılmaz bir həqiqətdir ki, qloballaşma prosesi mədəni sistemlərin bəzi önəmli ünsürlərinin sıradan çıxarılması ilə müşayiət olunur. Buna görə əsrlərin süzgəcindən keçərək, müasir dövrün tükənməz mədəni xəzinəsinə çevrilən maddi mənəvi sərvətlərin qorunması müasirlik qarşısında duran ən ümdə problemlərdəndir.

Şərq professionallığının şifahi ənənələrinə əsaslanmış nümunəsi olan muğam, varisi olduğumuz bənzərsiz ölməz sənət nümunələrindəndir. Şərq fəlsəfəsi, Şərqin əsrlərə hopmuş musiqisi poeziya ensiklopediyası, düşüncə tərzi kimi muğam da möhtəşəmliyi ilə bərabər, həm bəşəridir. İnsanlığı daim düşündürən həyat - ölüm, işıq - zülmət, xeyir - şər kimi fəlsəfi təzadların axarını göstərməklə o, dünyəvidir. Muğam digər mədəniyyət abidələri kimi monoloji yox, daim dinamik inkişafda olan irqindən, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəslə ünsiyyətə girə biləcək dünyəvi sənətdir.

Son zamanlar muğamın qorunması inkişafı istiqamətində aparılan müstəsna tədbirlər Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın milli mədəniyyətimiz qarşısında vətəndaşlıq mövqeyinin bariz nümayişidir. Məhz Mehriban xanım Əliyevanın dəstəyi, təşəbbüsü rəhbərliyi ilə həyata keçirilən muğam - irs, muğam - dəstgah, muğam - ensiklopediya, muğam - internet, muğam - antologiya, muğam dünyası layihələri nəhayət, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Bakı şəhərində Muğam Mərkəzinin açılması milli mədəniyyət strategiyasının böyük uğuruna çevrildi.

Muğam sənətinə dünyəvi status verilməsinə doğru atılan addımlardan biri ulu öndər Heydər Əliyevin diqqət qayğısı sayəsində ildən-ilə püxtələşən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində digər sənət sahələri ilə yanaşı, muğam sahəsində peşəkar kadrların yetişdirilməsi ilə bağlıdır. Respublikamızın adlı-sanlı sənətkarlarının tədrisə cəlb olunduğu Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin musiqi sənəti fakültəsində xanəndəlik xalq çalğı alətləri ifaçılığı, ansamblın bədii rəhbəri ixtisasları üzrə kadr hazırlamaqla muğam sənətinin sağlam inkişaf istiqamətinin formalaşmasında müstəsna işlər görülür.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində musiqi təhsilinin genişlənməsinə ötən əsrin altmışıncı illərinin sonlarından başlansa da, musiqi sənəti fakültəsi 2001-ci ildə yaranmışdır, bununla da, muğam sənəti tədrisinin təkmilləşdirilməsi üçün daha əlverişli şərait meydana gəlmişdir.

Artıq formalaşmış musiqili komediya aktyoru ixtisası ilə musiqi təhsilinin inkişafında yeni mərhələ başlanmışdır. Tədris olunan fənlərin sayı artırılmaqla, musiqi tədrisi musiqi nəzəriyyəsi, solfecio, vokal, vokal ansamblı kimi fənlərlə zənginləşmişdir.

Vaxtilə universitetimizdə çalışmış maestro Niyazi, xalq artistləri, bəstəkarlar Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov, müsiqişünaslar Danil Danilov, Nailə Kərimova kimi sənətkarları indi yeni nəslin hərtərəfli təhsil görmüş nümayəndələri əvəz edirlər.

Fəaliyyətə başlayanda 9 ixtisası olan təhsil ocağında hal-hazırda 35 ixtisas üzrə mütəxəssis hazırlanır. Xalq çalğı alətləri orkestrinin rəhbəri ixtisasının təsis olunması da bu qəbildən olan tədbirlərdəndir. Bu önəmli fakt 1997-ci ildə yeni bir kafedranın - "Musiqi fənləri xalq çalğı alətləri" kafedrasının yaranması da təqdirəlayiq oldu.

Yeni ixtisasların meydana gəlməsi musiqi mədəniyyətini hərtərəfli tədris etməyə imkan verən musiqişünaslıq, musiqi fənləri dirijorluq, estrada populyar musiqi, muğam sənəti, instrumental ifaçılıq kafedralarının 2001-ci ildən müstəqil fəaliyyət göstərməsi artıq universitetin yüksək ixtisaslı müəllim potensialına malik olmasına musiqi tədrisi sahəsində böyük təcrübə əldə etməsinə dəlalət edir. Müxtəlif profilli musiqi kafedralarının mövcudluğu öz növbəsində, musiqi sənəti fakültəsinin yaranması üçün zəmin oldu.

Bu illər ərzində Azərbaycanın bir çox tanınmış musiqiçiləri məhz bu universitetin yetirməsi olmuşdur. İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev, Azər Zeynalov, Yaqut Abdullayeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Zümrüd Məmmədova, Qəndab Quliyeva, Gülyanaq Məmmədova, Simarə Əliyeva, Ağadadaş Ağayev, Vaqif Gərayzadə başqaları burada təhsil almışlar. Sevindirici haldır ki, bu gün həmin sənətkarların əksəriyyəti doğma təhsil ocağında pedaqoji fəaliyyətlə məşğul olaraq, yeni nəslə sənətin sirlərinə yiyələnməyə kömək edirlər. Son illər respublikamızda təşkil olunan muğam müsabiqələrinin, festivalların keçirilməsində musiqi sənəti fakültəsinin müəllim tələbələrinin əməyi az olmamışdır.

Musiqi sənəti fakültəsində beynəlxalq əlaqələrin inkişafına da böyük diqqət yetirilir. Qeyd etmək istərdim ki, ADMİU Avropa Şurası YUNESKO-nun layihəsində ELİA (Avropa İncəsənət Universitetləri Liqası) təşkilatının Azərbaycan universitetləri arasında ilk üzvü olmuşdur. ADMİU Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Qeyd etmək lazımdır ki, İSESKO təşkilatının eksperti məhz bizim universitetin nümayəndəsidir. ADMİU Almaniyanın DAAD, YUNESKO-nun AYSBERQ proqramlarında iştirak edib. O, Tempus Tasis proqramının üzvü, Yaponiyanın Mədəniyyət Qrantı Layihəsinin iştirakçısıdır. Musiqi sənəti fakültəsində universitetin bu sahədə irəli sürdüyü siyasət ənənə kimi davam etdirilir. Məsələn, nəzəriyyəçi müəllimlərimiz ELİA xətti ilə təşkil olunan konfransda (Barselona - 2003), Ankarada Atatürk Kültür Mərkəzi tərəfindən keçirilən konfranslarda (2005, 2007) Moskvada keçirilən beynəlxalq konfransda (2007) milli musiqi elmimizi layiqincə təmsil etmişlər.

Fakültənin beynəlxalq əlaqələr mövzusunu davam etdirərkən qeyd etmək lazımdır ki, burada xarici mütəxəssislərin təcrübəsi keçirilir, xarici ölkələrin alimlərinin mühazirələri musiqiçilərinin konsertləri təşkil olunur.

Fakültədə Azərbaycan vətəndaşları ilə yanaşı, xarici tələbələr təhsil alırlar. Fakültə dekanlığı xarici tələbələrin tədrisi prosesinə xüsusi diqqət yetirir, Musiqişünaslıq kafedrası nəzəri fənlər üzrə adaptasiya olunmuş mühazirələr silsiləsi hazırlayır.

Fakültənin dekanlığı həm Türkiyədən gəlmiş tələbələrin mükəmməl hazırlığına, onların elmi araşdırmalara marağının artmasına da kifayət qədər diqqət yetirir. Belə ki, Musiqişünaslıq kafedrası tərəfindən hər il artıq ənənəvi xarakter almış "Türksoy" xalqlarının musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda elmi konfrans keçirilir. Aparılan məqsədyönlü elmi-tədqiqat işləri musiqişünaslığın ən aktual problemlərilə bağlıdır (musiqi türkologiyası, etnoorqanologiya s.).

Fakültə əzmlə çalışır. Burada elmi-tədqiqat praktiki yaradıcılıq sahələri üzvi surətdə bir-birini tamamlayır. Yuxarıda qeyd olunanlar Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin geniş potensial imkanlarından xəbər verir. Unutmuruq ki, milli mədəniyyətin uğuru nüfuzu həm peşəkar kadrlardan da asılıdır.

 

 

Timuçin Əfəndiyev

Azərbaycan Dövlət

Mədəniyyət

İncəsənət Universitetinin

rektoru, professor

 

Azərbaycan.-2009.-8 fevral.-S.6.