Jurnalistika peşə elm kimi

 

Jurnalistika həm peşə, həm elmdir. Peşə kimi o, XVI-XVII əsrlərdə (çap qəzetləri meydana gələndən sonra), elm kimi XVII əsrdə Qərb ölkələrində formalaşmış, Böyük Fransa inqilabı dövründə (1789-1794) ondan sonra həm peşə, həm elm kimi xüsusi önəm qazanmışdır. Amerika Birləşmiş Ştatlarında bu elmin yaranması XIX əsrin 60-70-ci illərində universitetlərdə jurnalistika fakültələrinin açılması ilə bağlı olmuşdur. Jurnalistikanın müxtəlif problemlərinə, xüsusən, mətbuatın tarixinə hüquqi vəziyyətinə həsr olunmuş ilk elmi araşdırmalar da həmin vaxtlar işıq üzü görmüşdür.

Azərbaycanda jurnalistikanın praktikası kimi, nəzəri məsələləri ilə ilk dəfə Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov məşğul olmuşlar. Onlar qəzetin fəaliyyət mexanizmi, jurnalistin vəzifələri, mətbuatın funksiyaları haqqında dəyərli fikirlər söyləmişlər. Sonra Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu müxtəlif yazılarında jurnalistika ilə bağlı nəzəri fikirlərini yazmışlar.

Sabiq SSRİ-nin ali məktəbləri arasında peşəkar jurnalist təhsilinin elmi araşdırmaların əsası ilk olaraq Bakı Dövlət Universitetində qoyulmuşdur. 1928-ci ildə burada "Jurnalizm biblioqrafiya" kafedrası, 1945-ci ildə filologiya fakültəsinin tərkibində jurnalistika şöbəsi, 1969-cu ildə isə müstəqil fakültə yaradılmışdır. Bu gün Azərbaycanda jurnalistika həm peşə, həm elm kimi milli beynəlxalq standartlara söykənərək mükəmməl ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlmişdir. Ölkəmizdə 3500-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçmişdir. Onlarca gündəlik qəzet, televiziya radio yayımı kanalları, teleqraf agentlikləri fəaliyyət göstərir. Bu reallıq, eləcə Azərbaycan jurnalistika məkanında gedən təşkilatlanma prosesləri son illərdə mətbuat sahəsində elmi-nəzəri fikrin, əməli tövsiyələrin daha davamlı formalaşmasına təkan vermişdir. Hazırda BDU-nun jurnalistika fakültəsində fəaliyyət göstərən 4 kafedrada jurnalistikanın tarixi, təcrübəsi və nəzəriyyəsi, televiziya və radio jurnalistikası, beynəlxalq jurnalistika istiqamətlərində elmi araşdırmalar aparılır. İndi fakültədə 7 elmlər doktoru, 18 elmlər namizədi çalışır. Bundan əlavə, Bakı Slavyan Universitetində, Naxçıvan Dövlət Universitetində və müstəqillik illərində meydana gəlmiş özəl universitetlərdə də jurnalist kadrları hazırlanır, tədqiqatlar aparılır. Ölkənin müxtəlif elm-tədris, idarəçilik strukturlarında jurnalistikanın elmi-nəzəri problemləri ilə 6 elmlər doktoru, 11 elmlər namizədi məşğul olur.

Keçmiş SSRİ məkanında jurnalistikanın müstəqil elm sahəsi olub-olmamasına dair müzakirələr mübahisələr təxminən 40 il əvvəl başlansa da, bu problem hələ tam həllini tapmamışdır. Səbəb o zaman SSRİ- jurnalistlərə "partiyanın əlaltıları" (N.S.Xruşşov) kimi baxılması idi. Bununla belə, paytaxtlarda bir sıra digər böyük şəhərlərdə elmi əsaslarla jurnalist kadrları hazırlanır, dərsliklər, dərs vəsaitləri buraxılır, dissertasiyalar müdafiə edilir, bir sözlə, jurnalistika mühüm sosial institutlardan biri kimi öyrənilirdi. Fakültə şöbələrdə elmlər doktorları, elmlər namizədləri dərs deyirdilər. Lakin bu sahədə çalışan mütəxəssislərin heç biri jurnalistika elmləri doktoru (yaxud namizədi) deyildi. Onlara ya filologiya, ya da tarix elmləri üzrə alimlik dərəcəsi verilirdi. İndi vəziyyət dəyişmək üzrədir. Moskvanın, Minskin, Tbilisinin tanınmış jurnalistika nəzəriyyəçiləri tez-tez jurnalistikanın müstəqil elm sahəsi kimi tanınması təklifi ilə çıxış edirlər.

Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov da son vaxtlar bu sahədə fəallıq göstərir. Hörmətli rektor Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik A.Mehdiyevə rəsmi məktub göndərərək "Jurnalistika elmləri doktoru (namizədi)" alimlik dərəcəsinin təsis edilməsini bu ixtisas üzrə ayrıca dissertasiya şurasının yaradılmasını xahiş etmişdir. İnanırıq ki, Arif müəllim bu xahişi yerinə yetirməklə ölkəmizdə jurnalistika elminin inkişafına yardımçı olacaqdır. Bu inam həm onunla bağlıdır ki, AAK son 4 ildə BDU-da 10.01.10 - "Jurnalistika" indeksi üzrə birdəfəlik 4 doktorluq 6 namizədlik dissertasiya şuralarının yaradılmasına icazə vermiş həmin şuralarda müdafiə olunmuş dissertasiyaların hamısını təsdiq etmişdir.

Jurnalistika həqiqətən, elmdirmi? Bəli. Hər hansı bir sahənin müstəqil elmə çevrilməsi üçün onun fərqli tədqiqat obyekti, araşdırma üsulları (metodları) terminlər (anlayışlar) sistemi olmalıdır.

Jurnalistika elminin tədqiqat obyekti KİV, onların tarixi, qarşılıqlı münasibəti, təcrübəsi, cəmiyyət həyatında rolu kimi məsələlərdir. Araşdırma üsullarına gəlincə, sovet dövründə jurnalistika elmi müstəqil olmadığından burada ənənəvi olaraq iki metodlar sistemindən (tarixi-filoloji sosioloji-psixoloji) istifadə olunurdu. İndi isə alimlər daha çox bir-biri ilə vəhdətdə olan müşahidə, ümumiləşdirmə eksperiment üsullarından bəhrələnirlər. Bu üç metod kompleks halında ümumi məqsədə - praktik jurnalistikanın obyektiv qanunlarını aşkara çıxararaq KİV-nin fəaliyyətini həmin qanunlar əsasında qurmağa xidmət edir. Jurnalistika elminin başqa elm sahələrinə aid olmayan orijinal terminlər sistemi var (KİV, publisistika, reportaj, kontent-analiz s.).

Təbii sual yarana bilər: bəs Qərb ölkələrində üçün jurnalistika elm kimi qəbul olunmur? Bu, bizim fikrimizcə, bir neçə səbəblə bağlıdır:

Əvvəla, həmin ölkələrdə alimlik dərəcələri elmi adlar sistemi bizimkindən fərqlidir. Orada uzun-uzadı dissertasiyalar yazılmır, AAK tipli qurum da yoxdur. İkinci, həmin ölkələrdə "jurnalist" dedikdə, ilk növbədə, reportyor, yəni, yenilikləri operativ şəkildə redaksiyaya çatdıran şəxs nəzərdə tutulur. Belə əməkdaşların hazırlanması üçün 4-6 illik təhsilə ehtiyac yoxdur. Onlar ixtisas təhsilini redaksiyaların nəzdindəki iki-üç aylıq kurslarda alırlar. Nəhayət, müasir dövrdə Qərb ölkələrinin Azərbaycanın qarşısında duran məqsədlər eyni deyil: onlar vaxtilə güclü dövlət qurublar, ərazi bütövlüklərini, sərhədlərinin təhlükəsizliyini təmin ediblər, monolit, demokratik, özü-özünü idarə edə bilən cəmiyyət kimi formalaşıblar. İndi yalnız "isti" xəbərlərə əyləncəyə ehtiyacları var. Bizə isə bütün bu işləri görmək üçün obyektiv elmi əsaslara söykənən güclü jurnalistika lazımdır.

 

 

Nəsir Əhmədli

BDU-nun Beynəlxalq jurnalistika

kafedrasının professoru

 

Azərbaycan.-2009.-8 fevral.-S.6.