Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əli Babacanı qəbul etmişdir

 

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əli Babacanı qəbul etmişdir.

Əli Babacan Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ötən ay Davosda Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında dostluq qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi özünün salamlarını onlara çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 fevral.-S.1.