Əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi haqqında
Azərbaycan Respublikasında
pensiyaçıların sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə və "Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikası
Qanununun 29.2-ci maddəsinə
uyğun olaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fonduna tapşırılsın
ki, 2008-ci il
üzrə istehlak qiymətləri indeksinə
uyğun olaraq, 2009-cu ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin
sığorta hissəsinin
artırılmasını təmin
etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta
hissəsində qeydə
alınmış pensiya
kapitalı məbləğlərinin
indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 fevral 2009-cu il
Azərbaycan.-2009.-10 fevral.-S.1.