Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. "Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"ni təsdiq etsin;
1.2. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin
təmin edilməsi, habelə sistem çərçivəsində müvafiq dövlət orqanları və digər informasiya sistemləri (resursları)
arasında əlaqələndirmənin
təşkil edilməsi
üçün lazımi
tədbirlər görsün.
2. Bu sərəncam
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 fevral 2009-cu il
Azərbaycan.-2009.-10 fevral.-S.1.