Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında

 

İnsan alverinə qarsı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın institusional mexanizmlərin təkmilləşdirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Milli Fəaliyyət Planında göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-10 fevral.-S.1.