Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə
139, ¹7, maddə 455, ¹11, maddələr
680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə
326, ¹8, maddə 463, ¹12, maddə
692; 2003-cü il, ¹1, maddələr
3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr
257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12,
I kitab, maddələr
676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹1, maddələr
6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204,
¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr
596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12 maddə
973; 2005-ci il, ¹1 maddələr
5, 6, ¹2 maddə 61, ¹4 maddələr
272, 273, 275, 278, ¹6, maddələr 462, 466,
¹7, maddə 576, ¹8, maddələr
691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11,
maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64,
68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə
478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4,
¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹10, maddələr
935, 936, 938, 940, ¹11, maddələr 1048,
1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; ¹12, maddələr
1195, 1211, 1217, 1218; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr
146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr
454, 460, 461, 464, ¹7, maddələr 601, 602,
605, ¹8, maddələr 699, 701; Azərbaycan Respublikasının
2008-ci il 2 oktyabr tarixli 691-IIIQD, 692-IIIQD, 693-IIIQD, 695-IIIQD nömrəli və 28 oktyabr tarixli 711-IIIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 116-cı maddə
aşağıdakı redaksiyada
verilsin:
“Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin
tələblərinin pozulması
116.0. Qaz,
elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin
tələblərinin pozulmasına,
yəni:
116.0.1. qaz, elektrik və ya istilik
qurğularında (elektrik
verilişi xətlərində
və boru kəmərlərində), avadanlıqlarında,
qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və
ya saxlanılması üçün müəyyən
edilmiş tələblərin
yerinə yetirilməməsinə;
116.0.2. qaz, elektrik və ya istilik
enerjisinin istehsalı,
nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına;
116.0.3. qaz, elektrik və ya istilik
qurğularının (elektrik
verilişi xətlərinin
və boru kəmərlərinin), avadanlıqlarının,
cihazlarının və
bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət
energetika və qaz ekspertizasının həyata keçirilməsi
tələblərinin pozulmasına,
həmçinin yanlış
ekspert rəyinin verilməsinə;
116.0.4. dövlət energetika
və qaz ekspertizasının rəyi
olmadan, müvafiq standartların tələblərinə
cavab verməyən qaz, elektrik və
ya istilik qurğularının (elektrik
verilişi xətlərinin
və boru kəmərlərinin), avadanlıqlarının,
cihazlarının və
bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə,
onların istehsalata buraxılmasına və ya satışına;
116.0.5. müəssisələrin, qaz, elektrik və
ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının
(elektrik verilişi xətlərinin və boru kəmərlərinin)
və başqa obyektlərinin layihələndirilməsində,
tikintisində, yenidən
qurulmasında, istismara
verilməsində qaydaların
və normaların və ya qaza
və enerjiyə qənaət üzrə müəyyən edilmiş
tələblərin pozulmasına;
116.0.6. qazın, elektrik və ya istilik
enerjisinin istehsalı,
nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin
pozulmasına;
116.0.7. qanunsuz olaraq qaz, elektrik və
ya istilik enerjisi xətlərinin kəsilməsinə və
ya həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə -
fiziki şəxslər
iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan
min beş yüz manatadək miqdarda, hüquqi şəxslər
iki min beş yüz manatdan üç min manatadək
miqdarda cərimə edilir.”;
2. 118-ci maddənin
adında və mətnində “məişətdə”
sözü çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
30 dekabr 2008-ci il.
Azərbaycan.-2009.-10
fevral.-S.3.