«Qiymətli
metalların və qiymətli daşların,
habelə onlardan hazırlanmış zərgərlik
və digər məişət məmulatlarının
dövriyyəsi qaydalarının
pozulmasına görə
məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 751-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
«Qiymətli
metalların və qiymətli daşların,
habelə onlardan hazırlanmış zərgərlik
və digər məişət məmulatlarının
dövriyyəsi qaydalarının
pozulmasına görə
məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 751-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının «Qiymətli
metalların və qiymətli daşların,
habelə onlardan hazırlanmış zərgərlik
və digər məişət məmulatlarının
dövriyyəsi qaydalarının
pozulmasına görə
məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 751-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində «Qiymətli
metalların və qiymətli daşların,
habelə onlardan hazırlanmış zərgərlik
və digər məişət məmulatlarının
dövriyyəsi qaydalarının
pozulmasına görə
məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 751-IIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
6 fevral 2009-cu il.
Azərbaycan.-2009.-10 fevral.-S.3.