«Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının 2008-ci il
30 dekabr tarixli 752-IIIQD
nömrəli Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
«Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının 2008-ci il 30 dekabr tarixli 752-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
«Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
Azərbaycan Respublikasının
2008-ci il 30 dekabr tarixli 752-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində «Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının 2008-ci il
30 dekabr tarixli 752-IIIQD
nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
6 fevral 2009-cu il.
Azərbaycan.-2009.-10
fevral.-S.3.