«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 31 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan RespublikasıPrezidentinin bəzi Fərmanlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 31 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹1, maddə 22; 2005-ci il, ¹10, maddə 910; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə» aşağıdakı məzmunda 9.3-1-ci bənd əlavə edilsin:

«9.3-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹2, maddə 98) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə» aşağıdakı məzmunda 15.5-1-ci bənd əlavə edilsin:

«15.5-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹9, maddə 872, 2008-ci il, ¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹6, maddələr 483, 504; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 28 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»na aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:

«13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından:

13.1. Məcəllənin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) - xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirləri Azərbaycan Respublikasının diplomatik nümayəndəlik konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 fevral 2009-cu il.

 

Azərbaycan.-2009.-10 fevral.-S.3.