Azərbaycanı Avropa Şurasına qovuşduran tarixi qərar

 

XX əsrin sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sosializm sisteminin süqutu bütövlükdə postkommunist ölkələrində insan vətəndaş hüquq azadlıqlarının inkişafı sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanın öz müstəqilliyini elan etməsinə, habelə beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya dövlətləri sırasına qoşulmasına imkan verdi. Müstəqil respublikamızda hüquqi dövlət vətəndaş cəmiyyətinin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respubllikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdı. Fəqət, müstəqilliyin ilk illərində bir sıra obyektiv subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş vermədi.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi işğalçılığı siyasətinin genişlənməsi, digər tərəfdən respublikamızda hakimiyyəti qeyri-qanuni ələ keçirmiş diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu vətəndaş cəmiyyətini əlçatmaz ideyaya çevirmişdi.

1993-cü ilin ortalarında Azərbaycanda vətəndaş qarşıdurması yaranmış, siyasi böhran kulminasiya həddinə çatmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin qanunçuluğun bərpası mümkün oldu. Bu mərhələdən etibarən ölkədə vətəndaş sülhünün siyasi sabitliyin təmin olunması hüquqi dövlət quruculuğu istiqamətində praktik addımların gerçəkləşdirilməsinə, vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən elmi əsaslara söykənən genişmiqyaslı islahatların həyata keçirilməsinə yol açmışdır. Ümummilli lider dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində aparıcı rol oynayan bir sıra təşkilatlara, o cümlədən Avropa Şurasına üzvlük məsələsinə xüsusi diqqət yetirmiş, bu məqsədlə ölkə həyatının bütün strateji sahələrində çevik işlək mexanizmlər üzərində çoxşaxəli islahatların aparılmasını təmin etmişdir. Həmin dövrdən etibarən respublikada möhkəm təməllər üzərində ictimai-siyasi sabitliyin təmin olunması, qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsi, sürətli iqtisadi inkişafın təmin olunması Azərbaycanın Avropa Şurasına üzvlük istiqamətində real addımlar atmasına imkan vermişdir.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskli prinsipial addımlar atmaqdan belə, çəkinməmişdir. Bu baxımdan, 1993-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Bu, təşkilatın üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Xatırlatmaq lazımdır ki, hələ 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.

Ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir. Yüksək bəşəri dəyərlərə, humanizm insanpərvərlik prinsiplərinə əsaslanan bu qərar, eyni zamanda, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq, sivil dəyərləri əxz etmək niyyətindən irəli gəlmişdir. Müəyyən nihilist qüvvələr ölüm hökmünün ləğvinə qarşı çıxsalar da, cəmiyyət humanizm prinsipi baxımından belə bir addımın zəruriliyini dərk etmişdir. Həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə, bu addımı atmamışdılar. Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının ləğvi tərbiyəvi məzmun kəsb edərək, ağır xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır.

Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq son 10 ildə Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi bacarırdı. Əfvetmə institutunun bərpası Prezident yanında Əfv komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.

Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 5 ildə əfvetmə institutunun çevik işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Dövlət başçısı günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidentinin ötən 5 ildə 13 əfv fərmanı imzalaması, 2000-ə yaxın məhkumu cəzasının çəkilməmiş hissəsindən tam yaxud qismən azad etməsi olduqca böyük göstəricidir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər.

Azadlığa qovuşmuş məhkumlar arasında vaxtilə ağır dövləti cinayətlər törətmiş bir sıra şəxslərin olması Prezident İlham Əliyevin ölkə vətəndaşlarına münasibətdə heç bir fərqə, ayrı-seçkiliyə yol vermədiyini, əfv siyasətinin hansısa siyasi mülahizələr əsasında həyata keçirilmədiyini əminliklə söyləməyə əsas verir. Dövlət başçısı dövləti cinayətlərdə iştirak etmiş bir sıra şəxsləri bağışlamaqla həm seçkiqabağı platformasında irəli sürdüyü siyasi barışıq həmrəylik ideyasını əməli surətdə həyata keçirir.

Ölüm hökmünün ləğv olunduğu Azərbaycanda mütəmadi olaraq imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da gücləndirməklə, rəsmi Bakının insan hüquqları üzrə ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla, xüsusən , ATƏT, Avropa Şurası kimi təşkilatlarla münasibətlərinin genişlənməsinə geniş imkanlar açır. Bu digər humanist addımlar rəsmi Bakının avrostrukturlarla normal əməkdaşlıqda maraqlı olduğunu, demokratik hüquqi dövlət quruculuğu prinsipinə sadiqliyini nümayiş etdirir.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-10 fevral.-S.3.